Yardımlı rayonunda müharibə veteranları aztəminatlı ailələrə Qurban payları çatdırıblar.
Bu barədə Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib.
Mayılxan Əliyev bildirib ki, müsəlman bacı və qardaşlarımı Qurban bayramı münasibətilə təbrik edirəm. Hər bir imkanlı şəxsin borcu az təminatlı ailəyə əl tutmaqdır. Sağolsun, bu işdə mənə köməklik edənlər. Hər birinə öz təşəkkürümü bildirirəm (adlarının çəkilməsini istəmirlər). Bu gün biz kəndlərə çıxıb Qurban bayramı ilə əlaqədar qurban əti payladıq.
AVMVİB-nin əməkdaşları ilə birlikdə Dəlləkli kəndində 1 şəhid bacısına,1 imkansız ailəyə, Ostayir kəndində 1 aztəminatlı ailəyə qurban payı verdik.
Həmin kənddə Veteranlar Şurasının sədri Zakir İmanov da iştirak edirdi. Çayüzü kəndində 1 aztəminatlı ailəyə, Avur kəndində bir Vətən müharibəsi veteranına, qəsəbədə 4 aztəminatlı ailəyə, Avur kəndində 1 Vətən müharibəsi veteranına, qəsəbədə 4 aztəminatlı ailəyə, Kürəkçi kəndində 1 qaziyə,1 aztəminatlı ailəyə (həmin şəxs dializ xəstəsidir, ona pul yardımı da edildi) ,Avaş kəndində 2 qaziyə və 2 aztəminatlı ailəyə, Deman kəndində 1 qaziyə qurban payı verildi.
Allah qurbanlarınızı qəbul etsin!
M. Əliyev gördüyü bir hadisəni danışıb: «Dostlar, bir şeyi də qeyd edim ki, bir aztəminatlı ailəyə getdim. Bayram günü kartof qaynadırdı. 5 nəfər azyaşlı uşağı var, onların maddi təminatı çox aşağıdır. Özümü saxlaya bilməyib ağladım. Allah rızası üçün, bu ailəyə kömək edək».
Həmçinin, AVMVİB Yardımlı rayon şöbəsinin üzvləri Qurban bayramı münasibətilə Kürəkçi kənd məzarlığında şəhidlərin məzarlarını ziyarət ediblər.
Allah rəhmət eləsin!
E. Səlim