Azərbaycan və Rusiya Prezidentlərinə Dəstək Təşkilatının Ali Şura İdar Heyətinin sədri Eldəniz Teymurovun Təşkilatçılığı ilə təşkilatın xeyriyyəci üzvləri — Vahid Səfiyev, İlgar Əhmədov, Rəşad Qəribov, Hacı Ələkbər, Qeys Eyvazov, Mürşüd Əliyev, Maşallah Məmmədov, Elşən Ağayev, Rafiq Cəfərov, Natiq Nurəddin oglu tərəfindən pul vəsaiti toplanaraq Qurban bayramı münasibətilə şəhid ailələri və Qazilərə Qurban payları verilib.
Qurban bayramı münasibətiylə süfrə acılaraq ehsan verilmişdir.
Azərbaycan və Rusiya Prezidentlərinə Dəstək Təşkilatının Agsaqqallar Şurasının sədri Kamil Teymurov və Səbuhi Şamilli, Sara Həsənova, Məhəmməd Rəfiyev, jurnalist Fuad Abbaslı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd, Beyləqan və Fizuli rayon şöbələrinin sədrləri Akif Həsənov, Əlövsət Məmmədov, Səməd Əbilov, şəhid alələri və müharibə veteranları iştirak etdilər.
Şəhidlərin ruhuna ehsan sürfəsi acıldı və ruhlarına dualar oxundu.
Sonra qurban kəsərək 70 Şəhid aləsinə qurban payları paylandı.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov çıxış edərək AVMVİB sədri Füzuli Rzaquliyevin adından tədbir iştirakçılarını və şəhid allərin Qurban bayramı münasibətiylə təbrik etdi. Tədbirin təşkilatçılarına və bu işdə yaxından iştirak edən şəxslərə, Azərbaycan və Rusiya Prezidentlərinə Dəstək Təşkilatının bütün üzvlərinə öz dərin təşəkkürlərini bildirdi.
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan