İlk qaradərili pilot Osmanlı pilotu olub

Dünyadakı ilk qara dərili aviator 1916-cı ildə Osmanlı İmperiyasında pilot oldu. ABŞ-da afrikalı amerikalılara isə «ağlar»la bərabər hüquqlar, yalnız 1965-ci ildə verildi.

Ahmet Ali Çelikten (Ərəb Ahmet Ali, İzmirli Ahmet Ali) 1883-cü ildə İzmirdə Nigeriyadan gələn bir mühacir ailəsində anadan olmuşdu. 1904-1908-ci illərdə bitirdiyi dəniz məktəbində oxudu. Sonra Yaşılyurtdakı Dəniz Aviasiya Məktəbinə daxil oldu. 1916-cı ilin noyabrında pilot adını aldı. 1917-ci ildə uçuş bacarığı üzrə təhsilini davam etdirmək üçün Berlinə göndərildi.

1969-cu ildə vəfat etdi.

Nurlan Saltayev

Qeyd: 1916-cı il fotoşəkili.

Bu xəbəri paylaşın: