AVMVİB-DƏ YENİ TƏYİNAT

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin əmriylə Qobustan rayon şöbəsinə yeni sədr təyin edilib.


Müharibə veteranı Toğrul Ənvər oğlu Şabanov AVMVİB Qobustan rayon şöbəsinin sədri təyin olunub.


Tədbirdə çıxış edən AVMVİB sədri Füzuli Rzaquliyev yeni sədri tədbir iştirakçılarına təqdim edərək ona uğurlar arzuladı. O, bu təyinatın şöbənin fəaliyyətində dönüş yaradacağına inandığına ümid etdiyini bildirdi. Tədbir iştirakçıları da yeni təyin olunmuş şöbə sədri Toğrul Şabanova öz təbriklərini çatdırdılar.


Tədbirdə AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdürəhmanov, AVMVİB NTK sədri Niyazi Quliyev, AVMVİB Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev və Mətbuat Xidmətinin Rəhbəri Xaqani Ədəboğlu iştirak edirdilər.


AVMVİB MƏTBUAT XİDMƏTİ

Bu xəbəri paylaşın: