“Cənab Putinin, deyəsən, bir gün əvvəl cənab İlham Əliyevlə müzakirəsi olmuşdu. Hətta mənə “Sizə İlham Əliyevin də salamını gətirirəm” dedi”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
“Putin müzakirə vaxtı İlham Əliyevin müsbət istiqamətdə irəlilədiyini bildirdi. Bilirsiniz ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan və Ermənistan liderləri üçtərəfli formatda görüş keçiriblər. Həmin görüş də cənab İlham Əliyevin ifadəsi ilə müsbət keçib”,- o bildirib.
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən Zəngəzur dəhlizi məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bu istiqamətdə işlər görülür: “İnşallah ki, tezliklə Zəngəzur dəhlizini əhatə edəcək hava limanının açılışı olar”.
“Bilirsiniz ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan və Ermənistan liderləri üçtərəfli formatda görüş keçiriblər. İlham Əliyevin dediyinə görə, həmin görüş müsbət keçib. O görüşdən sonra İlham Əliyevlə yenidən danışdım. Məndə olan məlumata görə, lazım olan istiqamət üzrə hərəkət edilir”, – deyə Ərdoğan qeyd edib.
Türkiyə lideri yaxın vaxtlarda Zəngilan hava limanının açılışının olacağını diqqətə çatdırıb.
