- Bu tapşırıqlardan biri də əlilliyin qiymətləndirilməsi meyarlarının ən mütərəqqi təcrübələr öyrənilməklə işlənilib hazırlanması olmuşdur. Və həmin müvafiq tapşırığa uyğun olaraq artıq əlilliyin müəyyən olunmasının yeni meyarları işlənilib hazırlanmışdır, və bu ilin may ayının 13 ü NK nin 187 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Yeni Meyarlar artıq 2022-ci ilin iyulun 1-i tarixindən etibarən tətbiq olunur.
Bu meyarlarının tətbiq edilməsi məqsədilə 11 Məcəllə, 50 Qanun, 30-dan çox fərman və sərəncamlara dəyişikliyi nəzərdə tutan qanunvericilik paketi hazırlanmış və ölkə başçısı tərəfindən təsdiq edilmişdir
Ölkənin müstəqillik tarixində əlillik təyinatı sistemində inqilabi islahat tədbiridir.
Yeni meyarlar əvvəlki meyarlardan fərqli olaraq çox təkmil sənəddir, indi qüvvədə olan meyarlar hardasa 3,4 səhifəlik sənəddir, və əsasən tibbi qiymətləndirməyə köklənir, amma yeni meyarlar isə 120 səhifəlik sənətdir. Əlillik təyinatına əsas verən xəstəliklərin siyahısı genişləndirilmişdir, belə ki əvvəlki meyarlarda meyar sayı 128 idisə, yeni meyarlarda bu say 563 təşkil edir. və bu da o deməkdir ki daha əvvəl əlillik təyinatına əsas verməyən bir çox xəstəlik siniflərinə aid diaqnozlar ilə artıq vətəndaşlara əlillik müəyyən etmək mümkün olacaqdır.
- Artıq dərəcələr anlayışı aradan götürülür, yanı indiki meyarlarda bildiyiniz kimi 3 dərəcə və sim-ğu var, onlar aradan qaldırılaraq orqanizmin funksiyasının itirilməsi faizi əsasında təyinat aparılacaqdır. Əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, 35-100 faiz aralığında olmaqla 5 faizlik addımlarla dəyərləndiriləcək.
I dərəcə — orqanizmin funksiyalarının pozulmasının 85-100 faizə, II dərəcə — orqanizmin funksiyalarının 65-80 faizə, III dərəcə — orqanizmin funksiyalarının 35-60 faizə uyğun gələcəkdir. Həmçinin sağlamlıq imkanları məhdudluğu da bu əsasda təyin olunacaq.
Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir.
- Yeni meyarların tətbiqi ilə artıq tibbi modeldən sosial modelə keçid nəzərdə tutulur. Belə ki, qüvvədə olan meyarlarda vətəndaşın yalnız sağlamlıq vəziyyətinin qiymətləndirilməsi əsasında təyinat aparılırdısa, indi həmin o xəstəliyin vətəndaşın həyat fəaliyyəti kateqoriyasınən nə dərəcədə məhdudlaşması qiymətləndiriləcəkdir. Burda hər bir vətəndaşa individual yanaşma olacaqdır, və bu da daha ədalətli və şəffaf qiymətləndirməni ortaya qoyan baxışdır.
Əlilliyin qiymətləndirilməsi şəxsin həyaf fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq.
özünəqulluq
sərbəst hərəkətetmə istiqamət seçmə,
ünsiyyət
davranışına nəzarət etmə,
öyrənmə
əmək fəaliyyəti
- Əlilliyə əsas verən birdən çox xəstəlik olduqda ən yüksək əlillik faizi müəyyən edən xəstəliyin faizi götürülür, digər əlillik səviyyəsində olan xəstəliy(lər)ə görə yekun qiymətləndirməyə əlavə 10% artırılır.
- 2 meyarla əlillik qiymətləndirilən zaman ən yüksək müddət və ən üstün səbəb əlaqəsi seçilir. Məsələn, ümumi xəstəliyə görə 1 illik 70%, hərbi xəstəliyə görə müddətsiz 40% verilən hallar üzrə yekun qərar — hərbi səbəblə müddətiz 80% olacaqdır.
- Sağlamları imkanları məhdud 18 yaşınadək uşaq anlayışı artıq olmayacaq. Geridönməz hallarla bağlı uşaqlara 18 yaşa qədər deyil, müddətsiz əlillik təyin ediləcək. Nəticədə təkrar müayinələrə ehtiyac qalmayacaq. Misal üçün: Autizm xəstəliyi olan uşaqlara əlillik ilkin təyin edildiyi gündən eyniadlı diaqnozla müddətsiz olaraq müəyyən olunacaq.
