İnsan üçün ən yadda qalan tarixi günlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də peşəkarlığı, humanistliyi və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 13 — ilini hərbi xidmətdə, 18 — illini isə Bakı şəhər 60 nömrəli tam orta məktəbdə keçirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü kapitan Aydınov Aslan Qəzənfər oğludur. İyul ayının 21 — də onun 55 — yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan kapitan Aydınov Aslan Qəzənfər oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları’ İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir ona həyatda insan üçün ən şirin olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Müharibə veteranı, ehtiyatda olan kapitan Aydınov Aslan Qəzənfər oğlu 1967 -ci ilin iyul ayının 21 — də Azərbaycan Respublikasının Qazax rayonunun Kosalar kəndində anadan olub.
1984 — cü ildə Qazax rayonun kosalar kənd orta məktəbini, 1992 — ci ildə Azərbaycan Dövlət Universitetini, 1999 — cu ildə isə Daxili Qoşunların Bas İdarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbində zabitlərin ixtisas artırma kursunu bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki- təlim toplanışlarda xüsusi — taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1984 — 1986 -cı illərdə Sovet Ordusunuda müddətli həqiqi hərbi xidmətə olub. 1992 — 2003 -cü illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Gəncə şəhərində, Ağdam, Füzuli, Xətai və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində taqım komandiri, böluk komandirinin müavini və böluk komandiri vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib. 2004 — cü ildən etibarən isə Bakı şəhər Təhsil İdarəsi üzrə Paşa Nəzərov adına 60 — nömrəli tam orta məktəbdə müəllim vəzifəsində çalışır.
Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə, Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə Veteranıdır.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , Şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri, döyüş və ictimai — siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə» görə döş nişanları ilə, fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi (1991 — 2001) yubiley medalı ilə;
— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə — Silahlı Qüvvələrdə 10təqvim ili xidmətə görə,
-» Böyük Zəfər» medali ilə ;
-» Müharibə Veteranı » medalı ilə
— «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyinin 25 — illik yubiley medalı ilə;
-» Silahlı Qüvvələrin yaranmasının» (1918- 2018) 100- iliyi yubley medaları ilə .
55 YAŞIN MÜBARƏK, ASLAN BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev








