MƏTUBAT DÖYÜŞLƏR ZAMANI YANIMIZDA OLUB…

SALMAN MUSAYEV

SİLAHLI QÜVVƏLƏR VƏ MÜHARİBƏ VETERANI, AZƏRBAYCAN VƏTƏN  MÜHARİBƏSİ VETERANLARI İCTİMAİ BİRLİYI (AVMVİB) SƏDRİNİN MÜAVİNİ, POLKOVNİK 

    Dəyərli mətbuat işçiləri! Hörmətli qələm sahibləri, sizi Milli Mətubat günu münasibətilə təbrik edirik!

      Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi  (AVMVİB) rəhbərliyi  Sizi Milli Mətubat günu münasibətilə təbrik edir, ölkəmizin inkişafı naminə, şərəfli və məsuliyyətli  işinizdə  hər birinizə böyük uğurlar arzulayır.

      Əsası dövrünün  dahi mütəfəkiri Həsən bəy Zərdabi tərəfindən  qoyulan  Azərbaycanın  ilk mətbu  nümnəsi olan  «Əkinçi” qəzetinin   yaranmasından  147  il ötür. Qəzetin ilk nəşri 1875 — ci ilin  bu günündən işıq  üzü görmüşdür.  Cəmi  56 nömrəsi  çapdan çıxmış «Əkinci»  qəzeti özündən  sonra böyük miras qoymuş, biri- birinin  ardınca milli- demokratik  ruhlu qəzet  və jurnalların  nəşrinə  təkan vermişdir.

     Azərbaycan  mətbuatı zəngin  və mənalı inkişaf yolu keçib. Milli özünüdərkin, bərqərar olunmasında,  vətənpərvərlik hisslərinin aşılamasında, milli və ümumbəşəri  dətərlərin təbliğində müstəsna rol oynamış mətubat xalqımızın azadlıq və müstəqillik uğrunda Ümümmilli Lider Heydər Əliyevin 6 avqust  1998 — ci il tarixli   Fərmanına əsasən  senzuranın ləğv edilməsi ilə mətbuatmızın inkişafına yeni mərhələnin əsası qoyuldu. Hazırda ölkədə  azad medianın fəaliyyətinə və inkişafına yönələn bu siyasət  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

     Kütləvi informasiya vasitələrinə  birdəfəlik yardımların  edilməsi, mətubat işçilərinin mənzil- məişət şəraitinin  yaxşılaşdırılması, onlar üçün  yaşayış evlərinin tikilib istifadəyə verilməsi bu sahəyə göstərilən xüsusi qayğının bariz nümunəsidir.

Bu gün ölkəmizdə   yüzlərlə  müxtəlif kütləvi informasiya vasitəsi — qəzet, jurnal, infarmasiya agentliyi və teloradio şirkətləri fəaliyyət göstərir. Bu gün Azərbaycanda  böyük  bir jurnalist ordusu yetişib.

     Jurnalist peşəsi yalnız  dərin bilik deyil, həmdə xüsusi istedada tələb edən çox vacib, maraqlı  və mürəkkəb bir peşədir.Jurnalist olmaq həm də qərəzsiz məlumat bələdçisi  olmaq deməkdir. Hadisələrin  cərəyan etdiyi müasir  dövrdə insanlar üçün məlumat dəhlizində  bələdçi olmaq isə  çox cətindir. Buna nail olmaq  istəyən  qələm  sahibinin öz dəsti — xətti  hadisələrə obyektiv baxışı, ən əsası isə   vətəndaş mövqeyi olmalıdır.  Bunun  öhdəsindən yalnız peşələrinə  sədaqət nümayiş etdirən, bütün çətin anlarda, hər zaman öndə olmağı bacaran, yorulmadan   çalışaraq cəmiyyətimizi dürüst məlumatlarla təmin edən peşəkar jurnalistlər gələ bilər.

      Dünyanın müxtəlif  yerlərində mətubatın fəaliyyəti  fərqli olsa da, onun əsas prinsipi eynidir — cəmiyyəti dürüst  informasiya ilə təmin etmək.  Bu gün bayramlarını  iş başında qeyd edən yüzlərlə jurnalist  həm ölkə  ictimaiyyətini informasiya ilə təmin edir, həm də  vətəndaş  mövqeyi sərgiləyərək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması  missiyasını yerinə yetirir .

       Müdafiə Nazirliyinin «Azərbaycan  Ordusu» qəzetinin, Azərbaycan Respublikasının  Daxili İşlər Nazirliyinin «Polis» qəzetinin,  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  «Əsgər» hərbi vətənpərvərlik qəzetinin,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin «Fədai. az»  və «Veteran. az» saytlərının,  eləcə də  Veteran  TV  internet televiziya kanalının  Azərbaycan Ordusunun quruculuğunu daimi diqqət mərkəzində saxlamışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin  gedişatını əsaslı şəkildə  işqlandırmışlar. Şəhidlərmizin, veteranlarmızın (qazilərmizin) gənclərmizə örnək olan həyatını nümnə kimi  təqdim ediblər.

     Sizi peşə bayramnız münasibətilə bir daha təbrik edirik,  böyük  fədakarlıq tələb edən məsuliyyətli  və son dərəcə  şərəfli fəaliyyətinizdə tükənməz  enerji və  müvəffəqiyyətlər arzu edirik.

PEŞƏ BAYRAMNIZ MÜBARƏK OLSUN!

Bu xəbəri paylaşın: