İnsan üçün ən yadda qalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biri də peşəkarlığı, humanistliyi və sadəliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 8 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirən ehtiyatda olan kapitan Əliyev Zaur Murad öğlunun iyul ayının 25 — də 45 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan ehtiyatda olan kapitan Zaur Əliyevi doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni yaşı isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Zaur Əliyev 1977-ci ilin iyul ayının 25- də Gəncə şəhərində anadan olub.
1994-cü ildə Gəncə şəhər 1 saylı orta məktəbi, 1998-ci ildə Azərbaycan Texniki Universitetini, 2000 — ci ildə isə Zabitlərin ixtisas artırma kursunu bitrib. O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox metodiki — təlim toplanışlarında, Xüsusi — taktiki təlimlərdə , Komanda- qərargah təlimlərində, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
1999 — 2008 -ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Gəncə, Zaqatala və Şəki şəhərlərində yerləşən hərbi hissələrdə Tağım komandiri, Bölük komandirinin müavini, Bölük komandiri və Qərərgah rəisinin xidmət üzrə köməkçisi vəzifəsində Vətənə Dövlətə və xalqa layıqincə xidmət edib.
Zaqatala bölgəsində silahlı quldur dəstəsinin tutulub zərərləşdirilməsi üzrə keçirilən əməliyyat tədbirlərində fəal iştirak etmişdir.

Qanunvericilik ilə Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqalədə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Gənc yaşlarından idmana böyük həvəsi olduğundan Boksla məşğul olmuşdur. Kapitan Zaur Əliyev dəfələrlə Ölkə, Daxili İşlər Nazirliyi və Daxili Qoşunlar birinciliyi üzrə bir çox yarışların qalib və mükafatçısı olub. Boks üzrə İdman Ustalığına Namizəddir.
Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost — tanış , qohum — əqraba arasında özünə böyük hörmət qazanıb.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri, döyüş və ictimai — siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə» görə döş nişanları ilə, fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin , ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medalarla təltif olunub:
— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley medalı ilə;
— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medalı ilə — Silahlı Qüvvələrdə 10təqvim ili xidmətə görə.
ZAUR BƏY, 45 YAŞIN MÜBARƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev










