Ərdoğandan İrana Azərbaycanla bağlı üstüörtülü mesaj

Ermənistanla münasibətləri Azərbaycanla razılaşdıraraq inkişaf etdiririk.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

«Əvvəldən bizim «qırmızı xətt»imiz Azərbaycan idi. Azərbaycan məsələsi həll olunandan sonra qapımızı açacağımızı dedik. Biz Ermənistanla normallaşma prosesində ciddi və qətiyyətliyik. Bizim vətəndaşımız olan və vətəndaş olmağa razı olan ermənilər var», — Ərdoğan qeyd edib.

Ərdoğan Ermənistandan ikitərəfli münasibətlərin normallaşması üçün konkret addımlar gözlədiyini söyləyib.

Qeyd edək ki, son vaxtlar İran rəsmiləri vaxtaşırı olaraq Ermənistanla bağlı ritorikalarında “qırmızı xəttimiz” ifadəsini bol-bol işlədirlər. “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir”, “Yolların açılmasında ölkələrin suverenliyi qırmızı xəttimizdir” və s.

Mənbə: Yenipress.az 

Bu xəbəri paylaşın: