TÜRKİYƏ XARİCİ İŞLƏR NAZİRLİYİ BMT-YƏ ÖZ NARAZILIĞINI BİLDİRİB

Türkiyənin Xarici İşlər Nazirliyi BMT Baş Assambleyasının sədri Abdulla Şahidin Erməni Soyqırımı Memorialını ziyarət etməsini pisləyib. Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı xüsusi mesaj yayımlayıb:

“BMT-nin səlahiyyətli orqanlarını təmsil edən şəxslər BMT qanunvericiliyinə və beynəlxalq hüquq norma və qaydalarına uyğun hərəkət etməlidirlər. Biz siyasi spekulyasiya yolu ilə tarixi faktları və beynəlxalq hüququ saxtalaşdırmaq cəhdlərini pisləyir və rədd edirik. Türkiyə bu fikirdədir ki, 1915-ci ildə hadisələrlə bağlı faktlar tam, ədalətli və dürüst bir çərçivədə nəzərdən keçirilməlidir”.

Bundan başqa mesajda Şahidin Ermənistana səfərindən ermənilərin birtərəfli tezisləri üçün bir alət kimi istifadə edildiyi qeyd olunur və tövsiyyə edilir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sədri vəzifəsini icra edən şəxs, eyni zamanda vəzifəsi kimi ədalətli və qərəzsiz olmalıdır.

İSMAYİL TANRIVERDİ
BDU-nun erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru

Bu xəbəri paylaşın: