Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsi rəhbərliyi şəhərdə fəaliyyətdə olan səhiyyə müəssisələrində çalışan həkimlərlə görüşüblər. AVMVİB son vaxtlar 44 günlük Vətən müharibəsi zamanı yaralanmış qazilərimizin və müharibə veteranlarının müalicəsiylə bağlı qarşıya çıxan problemləri qayğıkeş həkimlərimizlə müzakirə ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Temuraz Mansurov məlumat verib.

Sumqayıt şəhər Tibb Mərkəzi Publik Hüquqi şəxsi 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Xasay oğlu Musayev, kardioloq-həkim Arif Abid oğlu Abdurəhmanov, 4 saylı Sumqayıt şəhər xəstəxanası Abdurəhim Abduləzim oğlu Cəfərov, 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin müdiri Sevinc Firudin qızı Nəsibova ilə bu məsələni müzakirə ediblər. Daim müharibə veteranlarına diqqət və qayğıyla seçilən tanınmış həkimlərimizin bu problemlə bağlı təklif və məsləhətlərini dinlədik.
Daha sonra həkimlər Mətləb Musayev, Arif Abdurəhmanov, Abdurəhim Cəfərov və Sevinc Nəsibova müharibə veteranlarına göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fəxri fərmanıyla təltif edilib.
Görüşdə müharibə veteranları ilə yanaşı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyya Rəhimov iştirak edib.
Təbrik edirik!
Nurlan Məmmədli





