- Hindistanlı ekspert razılaşmanı AzVision-a şərh edib
Hindistanın “DNA” nəşrinin yazdığına görə, Ermənistan Hindistandan silah almaq üçün danışıqlar aparır. İyun ayında Ermənistan nümayəndə heyəti lazımi silahların siyahısı ilə Hindistana səfər edib. Siyahının məzmunu haqqında az şey məlum olsa da, orada dronlar dəqiq var. Ancaq təkcə dronlar deyil.Hindistan mətbuatı xəbər verir ki, bu, Ermənistanın Hindistan hərbi texnikasına ilk marağı deyil. 2020-ci ildə Ermənistan Hindistanla dörd “SWATHI” radarının tədarükü haqqında 40 milyon dollarlıq müqavilə imzalayıb.
Hindistan uzun müddətdir ki, pilotsuz uçan döyüş aparatlarının və onlarla mübarizə vasitələrinin yaradılması üzərində işləyir. Bu məqsədlə Hindistan şirkətləri son illərdə İsraillə sıx əməkdaşlıq edirlər. 2019-cu ildə İsrail-Hindistan şirkəti “Adani Defence & Aerospace” təsis edilib.
Hindistan-İsrail pilotsuz təyyarələri Ermənistana verilə bilərmi? Hindistanın Ermənistanın pilotsuz təyyarələr və digər silah növləri almaq təklifinə münasibəti necədir?

Hindistanlı politoloq, Mumbay Mərkəzi Avrasiya Araşdırmalar Mərkəzinin tədqiqatçısı Şoaib Xan AzVision.az-a bildirib ki, İsrail və Hindistan bir çox müqavilələr imzalayıblar.
— Dronlar da onlardan biri ola bilər. Bir çox pilotsuz texnologiyaların Ermənistana verilə biləcəyini düşünmürəm. Verilsə belə, son müharibədə gördüyümüz kimi, İsrail texnologiyası Azərbaycana verilən türk pilotsuz təyyarələrinin kalibrinə uyğun deyil. Bununla belə, Ermənistan və Hindistan arasında qırıcı təyyarələrin, tankların və zirehli texnikanın tədarükü ilə bağlı razılıq əldə olunması imkanları var,- hindistanlı ekspert qeyd edib.
Samir Vəliyev
Nadir Quliyev