ŞƏRƏFLİ ZABİT ÖMRÜ: Kapitan Hünbətov Elxan Bədir oğlu — 49

   Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və sədrinin müavini polkovnik Salman Musayev Silahlı Qüvvələr veteranı ehtiyatda olan kapitan Elxan Hünbətovu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzulayır.

   Elxan Hünbətovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

   Elxan Hünbətov 01 avqust 1973 – cü ildə Tovuz  rayonunun Muncuqlu kəndində anadan olub.

O, 1990-cı ildə Tovuz rayonu Çatax kənd  tam orta məktəbini bitirib və həmin ildə Bakı şəhərində Azərbaycan Tekniki Universitetinə daxil olub.

Elxan Hünbətov 1992-1994-cü illərdə Tovuz rayonunun Muncuqlu kəndində yerləşən Azərbaycan ordusunun bölməsində könüllü olaraq xidmət etmişdir.

1996-2003-cü illərdə  Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının Zaqatala rayonunda yerləşən hərbi hissəsində rabitə və AİS xidməti rəisi vəzifəsində, 2003-2007-ci illərdə isə Daxili Qoşunların Sumqayıtda yerləşən hərbi hissəsində rabitə və AİS xidməti rəisi vəzifəsində xidmət etmişdir.

2007-ci ildə öz xahişi ilə Silahlı Qüvvələrə ehtiyyata buraxılmışdır.

Elxan Hünbətov Daxili Qoşunlarda xidmət  etdiyi ilərdə ona həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində, eləcədə xidmət etdiyi hərbi hissənin döyüş bölgələrində olduğu müddətdə üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşib.

    Ehtiyatda olan kapitan  Elxan Hünbətov  Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunlarda  xidmət edərkən,  öz səmərəli fəaliyyəti ilə, təşkılatcılıq bacarığı ilə, işgüzarlıgı və mənəvi keyfiyyəti ilə,nəzəri və praktiki biliyi ilə daimi Daxili   Qoşunların Komandanlıgının diqqət mərkəzində olmuşdur.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELXAN BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə; Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: