İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biridə peşəkarlığı humanistliyi, insanpərvərliyi, sadəliyi, vətənpərvərliyi , işgüzarlığı və mənəvi keyfiyyətilə secilən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Mansurov Temuraz Qebyullah oğludur. Avqust ayının 1 -də onun 47 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan 1(birinci) qrup müharibə əlili Temuraz Mansurovu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik edir, ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Temurazın yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Mansurov Temuraz Qebyullah oğlu 1975 — ci ilin avqust ayının 1-də Qərbi Azərbaycanın Çəmbərək ( Kasnoselsk) rayonun Əmirxeyir kəndində zəhmətkeş ailədə dünyaya göz açıb.
1992- ci ildə Sumqayıt şəhər 28 saylı (indiki Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına) tam orta məktəbi, 2000- ci ildə isə Sumqayıt Dövlət Universitetini bitirib.
1993 — 1994 — cü illərdə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Dəstəsinin tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam və Ağdərə rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Ağdam və Ağdərə rayonlarının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 2 (iki) dəfə ağır yaralanıb və Temuraz 1-ci (birinci) qrup müharibə əlili dir.
1995 — 2012 -ci illərdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədr müavini vəzifəsində olub. 2013-cü ildən etibarən isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədridir.
Temuraz Mansurov hər iki müharibəni öz həyatında yaşamış müharibə veteranlarmızdandır.Onun müharibə əlilliyi 44 günlük Vətən müharibəsindən kənarda qalmasına mane olmadı. O, ilk günlərdən son günə dək əsgərlərmizi n yanında olub. Temuraz Mansurov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri vəzifəsində olduğu illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nizamnaməsinin tələblərinin yerinə yetirilməsi üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirir. Hərbi və İctimai vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, Azərbaycan Ordusunun Korpus və hərbı hissə komandirlərinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müvafiq əmrləri döş nişanları ilə təltif olunub. O, fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyün qorunub saxlanılmasında, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nizamnaməsinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsində fəriqləndiyinə görə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təsis etdiyi aşağıdakı xatirə medaları ilə təltif edilib:
1.» Böyük Zəfər» medali ilə ;
2.» Müharibə Veteranı » medalı ilə
3. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 25 — illik yubiley medalı ilə;
4.» Silahlı Qüvvələrin yaranmasının» ( 1918- 2018) 100- iliyi yubley medaları ilə .
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev









