Nazir Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr barədə danışıb

11 minədək Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr həyata keçiriləcək. Bunu Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Ödəmələr elektron sistemlər üzərindən həyata keçiriləcək.

Nazir həmçinin ödənişlərin verilməsi qaydasından da danışıb. O bildirib ki, ödənişlər həmin şəxslərin bank kartlarına oturacaq. Bank kartları olmayan şəxslərə isə sms vasitəsilə məlumat veriləcək.

Nazir həmçinin qeyd edib ki, sabah vəsait həmin şəxslərin ödəniş kartlarında olacaq.

Bu xəbəri paylaşın: