Ermənilərin polşalı kuklası Tomaş Lex Buçekin və fransalı təlxəyi Jan-Kristof Bussonun erməni həyasızlığı…

Azərbaycan əleyhinə müxtəlif vasitələrlə qarayaxma və böhtan kompaniyası aparan fransızlardan biri olan Fransanın “Le Figaro” jurnalının direktor müavini Jan-Kristof Busson Twitter-dəki mikrobloqunda yazıb:


“Bilirəm ki, UNESCO bundan narahat olmayacaq, lakin hamı bilməlidir ki, Azərbaycan vicdan əzabı çəkmədən «Artsax/Dağlıq Qarabağda» erməni mədəni və dini irsinin metodik şəkildə məhv edilməsini davam etdirir”.


İllərcə ATƏT-in Minsk Qrupunda erməni faşizminə kəşfiyyatçılıq edən fransız həmsədrin gözləri önündə 800 yaşayış məntəqəsi, 60-dan artıq dini abidə, yüzlərlə tarixi abidə dağıdılıb. Bu vicdansızlar o zaman niyə susurdular? Çünki Fransa dövlət olaraq terrora, separatizmə açıq dəstək verirdi və regiona ilk qanunsuz hərbi terrorçu legionu elə Daniela Mitteran yola salmışdı.Yəni torpaqlarımızın işğalında, şəhərlərimizin tarimar edilməsində bir başa Fransa günahkardır.


Xaçkara gəlincə isə bu qondarma abidələri ermənilər işğal etdikləri yerlərə səpiblər. Qafqaza XIX əsrdə ruslar tərəfindən köçürülən bu yığnağın Kəlbəcər ərazisində “tarix” istehsal edən sexləri aşkarlandıqdan sonra bu məsələyə işıq düşüb.

Busson kimi axmaq avropalıları aldatmaq üçün bu sex-emalatxanada erməni ustaları özlərinə “qədim tarix” yaradırmışlar. Onlar daşların üzərində qədim hərflər, xaç işarələri ovub, onu formaya salırlar.


Daha sonra bu “sənət əsərləri” bir müddət sirkə turşusunda saxlanılır. Turşunun təsirindən rəngini dəyişən daşlar köhnə görünüş şəklinə düşürlər. Beləliklə, hazırlanmış daşlar qısa müddət ərzində “qocalaraq” tarixi nümünələrə dönürlər.


Daha sonra Azərbaycan torpaqlarının erməni ərazisi olmaq iddialarını dünyaya hayqırmaq üçün bu daşlar Qarabağ ərazisində basdırılır. Onlar işğal edilmiş Azərbaycan ərazilərinin hər yerinə bu cür süni “yaşlı” abidələr yerləşdirirdilər və Busson kimilərinin ağzı, YUNESKO-nun da əliylə bu qondarma «erməni əl işlərini» abidə kimi qeydə aldırmaq istəyirlər.


Elə məhz buna görə də Azərbaycan YUNESKO-nun xüsusi missiyasına Qarabağın işğalda olmuş ərazilərində erməni abidələrinin qeydiyyata alınmasına icazə vermir.


İkinci erməni yalıyla bəslənən polşalı (lehistanlı) hüquqşünas və siyasətçi Tomaş Lex Buçek 2020-ci ilin sentyabr müharibəsi zamanı Azərbaycanın Qarabağ ermənilərinə qarşı «törətdiyi cinayətlər barədə» məlumat toplayaraq “Azərbaycanın ermənilərə qarşı törədilmiş hərbi cinayətləri” adlı broşürünün ilk nüsxəsini Azərbaycan prezidenti İlham Əliyevə göndərib.

“Zati-alilərinə müraciət edərək Azərbaycanda həbsdə olan erməni hərbi əsirlərin azadlığa buraxılmasını xahiş edirəm. Onları çarəsiz qalan ailələri, anaları, arvadları və uşaqları evdə gözləyirlər” deyə vəkil yazıb. Ümumiyyətlə erməni saytlarının, o cümlədən Rusların Simonyan propaqandasının dəstək verdiyi bu darıya girmiş donuz cəzasızlıqdan o qədər həyasızlaşıb ki, Azərbaycan əleyhinə və ölkə rəhbərinin əleyhinə hədyanlar yağdırmağa başlayıb.


Ermənilərin polşalı siyasətçi adlı köpəyi Tomaş Lex Buçek Rusiya prezidenti Vladimir Putin tərəfindən qondarma Donetsk və Luqansk xalq respublikalarının suverenliyini tanınması barədə qərar verəndə ona müraciət etmişdi:

“Cənab Putin, siz «Artsax respublikasının» müstəqilliyini tanımağı unutmusunuz!” – deyə Buçek rus dilində yazmışdı.


“Dünya, bizim fəryadımızı eşit! Artsax Ermənistandır!” sözlərini əlavə etmişdi.


Cəzasızlığı gördükcə özünü adam hesab edən bu donuz “Erməni anasının fəryadı: 1988-ci il Sumqayıt soyqırımı” kitabının müəllifidir. Dərisi 5 qəpiyə dəyməyən Tomaş Lex Buçek bildirib ki, ona «Qarabağ ermənilərinə qarşı Azərbaycan hərbi cinayətləri/Artsax — 2020» (Azerbaijani war crimes against Armenians Karabakh/Artsakh) adlı kitabçasını dərc etməmək müqabilində ona Azərbaycandan 50 min dollar təklif olunub.


“Azərbaycan Prezidenti İlham Əliyev yəqin ki, mənim nəşrimdən xəbər tutub. Mənə 50.000 dollar müqabilində “Azərbaycanın Qarabağ ermənilərinə qarşı hərbi cinayətləri/Artsax – 2020” kitabçasını çap etməmək təklifi almışam.

Bakıya cavabım belədir: MÜHARİBƏ ƏSİRLƏRİNİ AZAD EDİN!” Tomaş Lex Buçek Facebook səhifəsində yazıb və müəyyən bir Rüfət H-nin təklifinin skrinşotunu yerləşdirib (Buçek son məktubların qalan hissəsini bağlayıb).


Bu fırıldaqçı sonda erməniləri də boğaza yığıb və onlar tərəfindən məhkəməyə verilib. Bu barədə deyir: “Gizlədə bilmirəm ki, ermənilərə sədaqətimə baxmayaraq, erməni Hraçya Boyaçıyan və onun dostları tərəfindən vuruldum. Ermənilər demişkən, iki qorxu bir ölümə bərabərdir, ona görə də vuruşun, sona qədər vuruşun”.

Polyak məhkəmədə onun əleyhinə ifadə verəcək şəxslərin adlarını da sadalayıb. “Arsen Hovsepyan, Diana Hovakimyan, Ararat Köçəryan, Matsey Boqoşiç, Pyotr Oçkovski… Boyadçıyanın sözlərinə görə, mən onun reputasiyasına böhtan atmışam və ya ləkələmişəm. Mən məhkəmə iclasının açıq olmasını istəyirəm və ümid edirəm ki, Boyaçıyan buna etiraz etməyəcək. Beləliklə, hamı həqiqətən nə baş verdiyini görsün”.


Hüquq müdafiəçisi pərdəsi arxasında ermənilərə qara piyar xidməti göstərən Tomaş Lex Buçekin həyasızlığı durmadan artır. O, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin fotosunu təhqiramiz şəkildə Twitterdə yerləşdirib və broşüranın üz qabığında əks etdirib. Dövlətin işinə kobud şəkildə müdaxilə, terrorçuları müdafiə, Azərbaycan ordusunun peşəkar nüfuzuna xələl gətirən böhtanlara görə cəzalandırılması məqsədiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) ölkəmizdə fəaliyyətdə olan Polşa səfirliyinə müraciət qəbul edib. Adicə bir foto və ya erməni əleyhinə sözə görə profilimizi blok edən Mark bu barədə etdiyimiz şikayətləri görməzdən gəlir. Twitter də həmçinin.

Nədənsə ölkəmizdə fəaliyyət göstərən qrand sevdalı ictimai təşkilatlar və yardımlarla yayınlanan KİV-lər bu cür ümummilli işləri görməzdən gəlməkdədirlər. Vətəndaşı olduğumuz ölkənin rəhbərini hansısa bir tullantının təhqiramiz şəkildə yayınlamasına susmamalıyıq. 150 min evin, 100 minlərlə məzarın, tarixi abidələrin dağıdılmasından dünya heyrət içindəykən, 4000 nəfər əsirimizin taleyidən bir söz belə deməyən bir ölkəni müdafiə edən faşist zehniyyətli Jan-Kristof BussonTomaş Lex Buçekin öz notamızı onların sakini olduğu ölkələrə təqdim etməliyik. Nəyi gözləyirik?

Keçmiş döyüşçülər ölkə mediasını və ictimai təşkilatlarını bu böhtançıya qarşı birgə fəaliyyətə başlamağa çağırıb. Ali Baş Komandanımızın fotosunu təhqiramiz şəkildə yayması cavabsız qalmamalıdır və Xocalı qətliamı törədən terror qrupları ilə əlaqəsi barədə təcili cinayət işi başladılmalıdır. O fotolar yığışdırılmayanadək Polşa prezidenti Andjey Dudanın fotolarını bütün saytlar təhqiramiz şəkildə yaymağa başlamalıdırlar. Hər birimiz o broşüralar və sosial şəbəkələrdəki paylaşımları yığışdırılmayanadək və T. Lex cəzalandırılmayanədək Polşa prezidentinin bu kollajını yaymalıyıq.


AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: