Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini, sıralarımızı 57 yaşında tərk etmiş Kamil Şirinovun vəfatından 1 il ötdü.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin rəhbərliyi ilə sədr müavinləri, şöbə sədrləri, döyüş dostları və onu tanıyanlar mərhumun il mərasimində iştirakını xəbər vermişdik. AVMVİB Ağdaş rayon şöbəsi veteranları da mərasimdə iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev məlumat verib.
Mərhumun məzarı ziyarət olunub və ruhuna dualar oxunub.
Allah rəhmət eləsin!
