Şəkidə veteranlar gənclərlə görüşüblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin üzvləri Şəki şəhər İdman Kompleksində İdman və Gənclər nazirliyinin təşəbbüsüylə və rəsmi nümayəndələrinin iştirakıyla keçirilən müharibə iştirakçıları ilə gənclərin görüşündə iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şəki rayon şöbəsinin sədr müavini Vüqar Əmirəhmədov məlumat verib.

Vüqar Əmirəhmədov bildirdi ki, maraqlı keçən görüşdə döyüşçülər gənclərimizi maraqlandıran suallara cavab veriblər. Xalqımızın Qarabağda apardığı qəhrəmanlıqlarla dolu mübarizəsindən söz açdılar.


Elnur Səlim

Bu xəbəri paylaşın: