AVMVİB Rəhbərliyi Səbail rayon şöbəsində

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Rəhbərliyi bu gün AVMVİB Səbail rayon şöbəsində olublar və şöbənin fəaliyyəti ilə maraqlanıblar.

Görüşdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin müavinləri Vahid Abdurəhmanov, İslam Səfərov, AVMVİB NTK sədri Niyazi Quliyev, AVMVİB Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə və Rasim Mirzəyev iştirak ediblər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirib ki, bu cür ziyarətlər faydalıdır və şəhər, rayon şöbələrimizin fəaliyyətini öz gözlərimizlə görmək, onları düşündürən problemləri yerində dinləmək vacibdir. Şöbədə xeyli iş görülüb və veteranlarımızla bağlı tədbirlər keçirilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Səbail rayon şöbəsinin sədri Fəqan Nəsibzadə görülən işlər barədə məlumat verdi.

Xatırladaq ki, Fəqan Nəsibzadə yeni təyin olunub və qısa müddətdə gödüyü işlər təqdirəlayiqdir.

Elnur Səlim

Bu xəbəri paylaşın: