DİN-in Daxili Qoşunların Baş Zabitləri arasında müharibə veteranı polkovnik—leytenant AQİL UMBATOV vəfat edib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev, Daxili Qoşunların ehtiyatda və istefada olan hərbi vəzifələri, hal-hazırda Daxili Qoşunlarda xidmət edən onun iş yoldaşları müharibə veteranı polkovnik-leytenant Aqil Umbatovun vəfatından kədərləndirliklərini bildirir, məhrumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.
Aqil Cəlal oğlu Umbatov 1962-ci il oktyabrın 27-də Gürcüstan Respublikasının Dumanis rayonunun Yaqublu kəndində anadan olub, 1969-ci ildə həmin kəndin orta məktəbinə birinci sinifə gedib, 1979-cu ildə Bakı şəhərinin Xətai rayonunda tam orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun Avtomatik və Hesablama Texnikası fakultəsinə daxil olub və 1984-cü ildə həmin institutu fəriqlənmə diplomu ilə bitirib.
O, 1984-1987-ci illərdə «Xəzri» Zaqafqaziya Texnoloji montaj idarəsinin Xüsusi Konstruktor bürosunda mühəndis və böyük mühəndis, 3-cü şöbənin rəisi vəzifələrində işləyib.
Aqil Umbatov 1987-1988-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində, 1989-1992-ci illərdə Bakı şəhəri Elektron Hesablama Maşınları Zavodunun Xüsusi Konstruktor bürosunda, «Elektron » və «Saturn» kiçik Dövlət müəssisələrində müxtəlif vəzifələrdə çalışıb.
O, 1992-2012 ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Dayaq rabitə Qovşağınin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında Xüsusi rabitə Xidmətlərinin ilk rəisi vəzifələrində xidmət edib. Xidmətdən ehtiyata buraxıldıqdan sonra 2013-2020-ci illərdə isə Baki şəhər Şüşə zavodunda mühəndis elektronçu vəzifəsində işləyib.
Aqil Umbatov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü nizam-intizamlı hərbiçi kımı göstərib. O, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək başqaları üçün nümunə olub. Aqil Umbatov qorxmaz, vətənpərvər, əliaçıq, insanpərvər, vəfalı, zəhmətkeş insan kimi xarakterizə olunur.
Aqil Umbatov xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə Xidmətdə fəriqləndiyinə görə «Qüsursuz Xidmətlərə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin» yaranmasının 10 illik və 90 illk medallari ilə ilə təltif edilib.
ALLAH RƏHMƏT ELƏSİN, MƏKANI CƏNNƏT OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev