Polkovnikin xatirəsi ehtiramla yad edilir

MÜHARİBƏ VETERANI TIBB XİDMƏTİ POLKOVNİKİ SİYAVUŞ RÜSTƏMOVUN  4 AVQUST ANADAN OLMASININ 72 İLLİYİ, 8 AVQUST İSƏ VƏFAT ETMƏSİNIN 22-Cİ İL DÖNÜMÜ EHTRAMLA YAD EDİLİR…

    Ömrünü gününü Vətənin bütövlüyünə, xalqımızın xoş gələcəyinə həsr edən hər kəs Vətənin xoşbəxt vətəndaşıdır. Belə Vətən təssübü çəkən Oğlanlardan biri də Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin və Daxili Qoşunların Baş İdarəsinin sıralarında şərəfli döyüş və xidmət yolu keçən tibb xidməti polkovniki Siyavuş Rüstəmovdur. Onun avqust ayının 4-də doğum tarixidir, avqust ayının 8-də isə  vəfat etməsi günüdür.

Məhrum həmkarımızın vəfatı ilə əlaqədar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik-leytenant Salman Musayev,  xidmətdə  və ehtiyyatda olan hərbi qulluqçularmız adından doğmalarına baş sağlığı verir, axirətinin cənnət-məkan olmasını Ulu Allahdan diləyirik.

    Döyüş meydanlarından başlayaraq,hərbi hospitallara qədər, tibb xidmətinin yüksək təşkili və təxliyyə mərhələlərinin lazımi səviyyədə yerinə yetirilməsi,tibb işçilərinin bu sahədə fədakarlıqları qələbəyə aparan yollardan olubdur.  Belə bir tarixi şəraitdə  mühüm bir məsuliyyəti öz üzərinə götürmək, şərəfli bir vətandaş ömrü yaşamaq, insanlığın kamilik zirvəsinə ucalan ali dərəcəli hərbi həkim,tibb xidməti polkovniki Məhrum Siyavuş Rüstəmovun taleyinə  qısmət olmuşdur.

     O , 4 avqust 1951 -ci ildə dünyaya göz açmış, 1974- ci ildə N.Nərimanov adına Dövlət Tibb Universitetinin müalicə — profilaktika fakultəsini bitirmişdir.1974- cü ilın avqust ayından 1992 -ci ilin fevral ayına kimi  Daxili İşlər Nazirliyinin  tibb idarəsində,1992-  ci ilin fevral ayından  2000- ci ilın avqust ayına kimi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Tibb Şöbəsinin ilk  rəisi vəzifəsində xidmət etmişdir.

     Müharibənin ağrılarını canında hiss edən məhrum Siyavuş həkimin vətən, xalq qarşısında xidmətləri əvəzsizdir. Onun yüksək təşkilatçılığı ilə Daxili Qoşunların Baş İdarəsinin  Tibb şöbəsi və Daxili Qosunların hərbi hospitalı təşkil olunmuşdur. Bu sahədə ixtisaslı, peşəkar kadrların toplanmasında, onların müəyyən təcrübə qazanmasında gərgin əməyi olmuşdur.

    Tibb Xidməti polkovniki Siyavuş Rüstəmovun şəxsi tanışlığı və böyük nüfüzü hesabına Daxili İşlər Nazirliyinin  və Ədiliyə Nazirliyinin tibb sahəsində çalışan və başqa tibb müəssisələrində fəaliyyəti göstərən peşəkar və  təcrürbəli böyük, orta və kiçik tibb işçilər onun çağırışına qoşularaq, Azərbaycan Respublikasının Suverenliyi və ərazi bütövlüyü uğrunda qəhramanlıqla vuruşan hərbi qulluqçularının sırasına daxil olmuşlar.

    Daxili Qoşunların Baş İdarəsinin Hərbi hospitalı üçün binanın uyğunlaşdırılması, ayrı-ayrı ixtisaslar üzrə kabinet ( müalicə şöbələrinin) və laboratoriyaların yaradılması, peşəkar kadrların komplekləşdirilməsi  kimi aktual problemlər  polkovnik Siyavuş Rüstəmovun qəlbinin atəşli arzusu ilə həyata keçirilmişdir.

    Polkovnik Siyavuş Rüstəmov Tıbb işçilərinin hərbi həkimlik sahəsində  müəyyən təcrübə toplanmasını təmin etmək üçün hospital istafədəyə verilənə qədər onların döyüş bölgəsinə ezam olunmalarını təşkil etmişdir. Daha sonra, 13 noyabr 1993- cü ildə Füzuli bölgələrində hərbi lazaretinin  yaradımasına rəhbərlik etmişdir.

     Döyüş bölgələrində olduğu zamanlarda, Siyavuş  həkim  həddən ziyadə, vətənpərvər, peşəsinin pərvanəsi  olan həkim, əsil Vətən fədaisi  bir vətandaş kimi tanıtmışdır. Bu,bütun onu taniyanların qənaətidir.

    Daxili Qoşunların Baş İdarəsin və hərbi hissələrinin yaradıldığı gündən möhkəm, etibarlı təməl üzərində qurulan tibb xidməti onun adı ilə bağlıdır.O, Daxili Qoşunların Baş İdarəsinin Tibb şöbəsinin, Hərbı-həkim komissiyasının ,Hərbi Həkim Komissiyasının əsasnaməsinin və digər normativ- hüquqi  aktların, fomalaşdırlmış sənədlərin və ixtisas hazırlıgı üzrə müasir  dərs vəsaitlərin və tədris proqramların hazırlamasında xüsusi   rolu olmuşdur.

    O, Daxili Qoşunlarda xidmət etdiyi müddətdə şəxsən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın (həkim andının), hərbi nizamnamələrin, Səhiyyə Nazirliyi haqqında qanun,  Daxili Qoşunların Bas İdarəsinin Tibb şöbəsi haqqında əsasnamənin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.

   Müharibə veteranı polkovnik S. Rüstəmov Daxili Qoşunlara və tibb şöbəsinə həvələ edilmis vəzifələrin və xüsusi tapşırıqların  yerinə yetirilməsində, Cinayətkarlığa qarşı mübarizədə,  ictimai təhlükəsizliyin təmin edilməsində, 1992-1994- cü illərdə Azərbaycanının Suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə , eləcədə kütləvi iğtişaşların qarşısının alınmasında tibb şöbəsinin üzərinə düşən vəzifələrin  yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.

    Polkovnik Siyavuş Rüstəmov peşəkarlığı və humanistliyi ilə seçilən ən məhsuldar dövrünün 31  ildən cox illk şərəfli xidməti yolunun 5 (beş) ilini Azərbaycan Tibb Universitetində, 26 (iyrimi altı) ilini isə Daxili İşlər Nazirliyinin Tıbb ıdarəsində və Daxili Qosunların Baş Idarəsində kecirmişdir.

    O,1993-1999 -cü ilərdə Hərbi kadırların düzgün seçilməsi, xidmətə qəbul edilməsi, yerləşdirilməsi və tərbiyyə edilməsi, onlara ixtisaslarına uyğun Məharət dərəcəsinin verilməsi məqsədilə Daxili Qosunlarin Baş İdarəsinin yaradılan Atestasiya (Xidmətə qəbul ) və Məharət dərəcələrinin verilməsi komissiyaların üzvü olmuşdur.

    Siyavuş Rüstəmov vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunlaraın Baş idarəsinində yaradılanAtestasiya komisiyyasının Tibb şöbəsinin ilk  şöbə rəisi vəzifəsində xidmət edərkən bir çox komissiyanın üzvü, kompleks və məqsədli qrupların üzvü olarkən, səmərəli fəaliyyəti ilə,bilik və bacarıgı ilə, işgüzarlıq və mənəvi keyfiyyətilə Daxili İşlər Nazirliyinin rəhbərliyinin və Daxili Qosunlar komandanlığının daimi diqqət mərkəzində olmuşdur.

    Onun, Daxili İşlər Nazirliyinin Tıbb Xidmətində və Daxili Qosunların Baş idarəsinin isə Tibb şöbəsində səmərəli fəaliyyəti həmişə Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qosunlar Komandanlığı tərəfindən yüksək qiymətləndirildiyinə görə polkovnik Siyavuş Rüstəmov Daxili İşlər Nazirinin və Daxili Qosunlar komandanın müvafiq əmrləri ilə mukaflandirlmışdır.

    Bəşəriyyətin aciz qaldığı xərcəng xəstəliyinə düçar olan Siyavuş həkimin yaratmaq—yaşatmaq eşqi hec vaxt tükənməmişdir. Son nəfəsinə qədər Daxili Qoşunlarda  tibb xidmətinin və hərbi hospitalın müasir tələblərə yüksəldilməsinə, müasir tibbi avadanlıqlarla və tibb ləvazamatlarla təchiz edilməsinə calışıb və bu arzu ilə yaşayıb.

Siyavuş həkim millətimizi, Vətənmizi  sevərək yaşadı və sevdikləri tərəfindən sevilərək yaşadığı ücün Tanrının xoşbəxt bəndəsidir.

     Haqq dunyasında olan Daxili Qosunlarin Bas İdarəsinin ilk tibb şöbəsinin rəisi vəzifəsində xidmət edən tibb xidməti polkovniki Siyavuş Rüstəmovun əziz ruhu onu tanıyanlar tərəfdən hörmətlə xatırlanır. Belə, vicdanlı oğulları ilə tanınır Vətən.

ALLAH RƏHMƏT ELƏSİN!

RUHU ŞAD, MƏKANI CƏNƏT OLSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: