AVMVİB Ağdam rayon şöbəsində

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin məsul əməkdaşı baş leytenant Hacıyev Babək Natiq oğlu müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə AVMVİB-nin təsis etdiyi Xatirə medalıyla təltif edilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağdam rayon şöbəsinin sədri Mərdan Paşayev məlumat verib.

Mərdan Paşayev təltif münasibətiylə Babək Hacıyevi təbrik edib və bundan sonra da mövcud münasibətlərin davam etdiriləcəyini qeyd edib.

Həmçinin mərasimində gənc qaziMaqsud Mübariz oğlu Əmrahova Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsi tərəfindən «Müharibə veteranı» medalı təqdim edilib.

Təbrik edirik!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Ağdam

Bu xəbəri paylaşın: