Putin Qarabağla bağlı təcili iclas keçirib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ müşavirə keçirib.

Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi ilə bağlı vəziyyət müzakirə edilib. Üçtərəfli müqavilənin bütün müddəalarının yerinə yetirilməsinin təkidli zəruriliyi vurğulanıb”, — Peskov qeyd edib.

O, sabah Soçidə keçiriləcək Putin-Ərdoğan görüşündə bu məsələnin müzakirə olunacağını istisna etməyib.

Peskov Paşinyanın “bölgədəki Rusiya sülhməramlı kontingentinin fəaliyyətinin müəyyən suallar doğurduğunu” dair fikrinə də münasibət bildirib.

“Ermənistanla müxtəlif səviyyələrdə mövcud olan sıx əlaqələr İrəvanın Qarabağdakı Rusiya sülhməramlılarının işi ilə bağlı suallarını aydınlaşdırmağa yardım edir», — Peskov əlavə edib.

Bu xəbəri paylaşın: