ERMƏNİSTANDA QAZIN QİYMƏTİ ARTIR

«QAZPROM ARMENİYA» Ermənistana öz siyasi təsirindən istifadə edərək qazın qiymətini artıracağını bildirib.Belə olduqda Ermənistanda yeni partlayış qaçılmaz olacaq.


Ermənistanla Rusiya arasındakı əlaqələrin görünməmiş dərəcədə pisləşməsinə səbəb olan «məxməri» hökumətin bütün olanlara reaksiya verməməsi ictimaiyyətin narazılığına səbəb olub.

«QAZPROM»-un Xidməti Tənzimləmə Komitəsinin nümayəndəsi Ermənistanın qazsız qala biləcəyi ilə bağlı belə bir hesablama apardığını israrla davam etdirir və qazın qiymətinin qalxacağını açıq şəkildə bildirir.

«QAZPROM» Ermənistana qazın orta qiymətinin 255 $ əvəzinə 283 $ olacağını bildirir. Ermənistan isə hal hazırda dilənçı rolunda oynadığına görə qazın qiyməti məsələsində danışıqlar apara bilmir.

Nikol Paşinyan Belarusun prezidenti Lukaşenko ilə ittifaqa girərək RF-nın prezidenti Vladimir Putinə qarşı çıxdığına görə Ermənistan qazın qiymətində bahalaşma ilə qarşılaşdı, Belarus isə əvvəlki qiymət ilə razılaşma əldə etdi.

Qazın qiymətinin bahalaşması növbəti dəfə Paşinyanın verdiyi vədlərə əməl etməmək siyasətini bir daha təsdiqləyir. Onun populist çıxışları isə cəmiyyətə və ölkə iqtisadiyyatına dağıdıcı zərbə vurmaqda davam edir.

Erməni mətbuatına istinadən,
İSMAYIL TANRIVERDİ

На изображении может находиться: 5 человек, еда

Bu xəbəri paylaşın: