«Şəxsinizə pislik edən bir düşməni əfv edin. Lakin Vətəninizə, millətinizə pislik edən bir kimsəni əsla əfv etməyin. Hz. Əli
Uğurlu Ağdərə əməliyyatından 28 il keçir. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılacaq bu əməliyyatın ildönümü barədə susqunluğa ad tapa bilmədik. Od-alov içərisində yaranan bir ordu tarix yazırdı. Düşmən və ona dəstək verən siyasi güclər şokdaydı. Buna görə də daxildəki kolonları tam gücüylə hərəkətə gətirdilər. Azərbaycan Ordusu 4 imperiyaya qarşı savaşırdı. Nə yazıq ki, Oğuz Xaqanın dediyi kimi, «… içəridən olunca, qapı kilid saxlamadı».

Vikipedik məlumatları qısa xülasələrlə diqqətinizə çatdırır və bildiririk ki, bəzi məqamlarda unudulmuş və yaddan çıxmış məsələlər ola bilər. Şərhlər verə bilərsiniz. Araşdırma Qrupu olaraq, hər kəsi anlayışla qarşılayacağıq.
Ağdərə əməliyyatı — 1992-ci ilin yayında Azərbaycan Ordusu tərəfindən keçirilmiş irimiqyaslı hərbi hücum və antiterror əməliyyatıdır. Məqsəd Dağlıq Qarabağda nəzarəti ələ keçirmək, əraziləri separatçı quldurlardan təmizləmək və oradakı qanunsuz separatçılıq əməllərinə son qoymaq olmuşdur. Hücum əməliyyatı, bütöv 6 ildə Dağlıq Qarabağda Azərbaycan Ordusunun uğurlu irəliləyişinin pik nöqtəsi hesab olunur. Bu, həmçinin, yeni, daha gərgin bir mərhələnin başlağıcı idi. Hücumda 8.000 nəfərlik qoşun, əlavə 4 batalyon, 90 ədəd tank və 70 ədəd piyadaların döyüş maşını, Mi-24 zirehli hərbi döyüş vertolyotundan istifadə edilmişdir.
13 iyun, 1992-ci ildə Azərbaycan hərbi qüvvələri Dağlıq Qarabağın şimalında 3 gün davam edəcək erməni könüllü dəstələrinin müdafiə etdiyi Goranboy rayonu istiqamətində (Azərbaycan SSR dövründə Şaumyan rayonu) irimiqyaslı hücuma keçdi.

Keçmiş Sovet Ordusunun 23-cü dviziyasının 4 tank və 2 motoatıcı batalyonu, əlavə olaraq Azərbaycan Ordusunun 4 batalyonu və qonşu rayonlardan cəlb edilmiş briqadalar əməliyyatda iştirak edirdi. 15 saat davam edən şiddətli döyüşlərdən sonra 2 erməni hərbi bölüyü geri çəkildi. Bununla da, Goranboy rayonundakı onlarla kənd ermənilərdən təmizləndi. «Memorial» insan hüquqları təşkilatının məlumatına görə, əməliyyat zamanı ölüm hadisəsi baş verməmiş, ermənilər hücumdan əvvəl rayonu tərk etmişlər.
15 iyun, 1992-ci ildə Goranboy rayonunun azad edilməsindən sonra, Ağdərə istiqamətində hücum başlanıldı. Sərt müqavimətlə üzləşən ordumuz bir neçə gün içərisində rayonu mühasirəyə almağa nail oldu. 708-ci briqada cənubdan, 703-cü briqada şimaldan və 701-ci briqada isə Kəlbəcər istiqamətindən hücum etmişdi.
.jpg)
4 iyul, 1992-ci ildə, uzun mühasirədən sonra Ağdərə rayonu azad edildi. Ermənilər vahimə içində ərazini tərk edirdilər. Erməni hərbi qüvvələri Xankəndinin cənub tərəfinə doğru geri çəkilmiş və azərbaycanlıların hər hansı bir ciddi hücumuna qarşılıq Mardakert rayonundakı mühüm hidroelektrik bəndin partladılması planlaşdırılırdı. Lakin buna baxmayaq döyüşlər dağlıq bölgədə baş verdiyindən, irəliyə getmək çox çətin idi və erməni hərbi birləşmələrinin müqavimətini qırmaq mümkün olmadı. Azərbayacan hərbi qüvvələri ağır itkilərlə geri çəkilməyə məcbur oldu.
Robert Köçəryanın bildirdiyinə görə, Azərbaycan Ordusu bu vaxta kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 48 %-ni azad edərək, erməni vətəndaşları arasında panika yaratmağa çalışırdı.
Yaranmış bu şəraitdən istifadə edərək, Azərbaycan prezidenti Əbülfəz Elçibəy səfərbərlik barədə fərman imzaladı və 1991-1992-ci ildə ordudan təxris olunanlar yenidən orduya çağırıldı. Bu arada, Azərbaycan hərbi qüvvələri Xankəndinə yaxın məsafədə yerləşən Sırxavənd kəndində hazır mövqedə dayanmışdılar. Ordunun hədəfində Seyidişen aşırımına çıxmaq vardı. Düşmən nəyin bahasına olursa olsun, bu hücumun qarşısını almağa çalışırdı.
Rus generalı Lev Ruxlinin sözlərinə görə, Rusiya Mozdokdakı hərbi bazasından döyüş bölgəsinə gətirdiyi T-72 tankları və 50 ədəd BMP-2 hərbi döyüş texnikası ilə ermənilərə kifayət qədər güclü dəstək vermişdir. Hərbi sursatların əksəriyyəti An-124 yük təyyarəsi vasitəsilə Dağlıq Qarabağa daşınırdı. Bu isə DQ-da itirilmiş torpaqların geri qaytarmaq üçün zəmin yaratdı. Üstəlik, Ermənistanda olan 7-ci ordu birlikləri aktiv döyüşə göndərilmiş və Pskov polku əraziyə yeridilmişdi. Muzdlulardan ibarət Kazak polku da ərazidə saylarını artırmışdı.
İran tərəfi də aktiv fəaliyyətə keçərək, humanitar yardımlara canlı qüvvə və kəşfiyyat dəstəyi verməyə başladı.
Fransa prezidenti səviyyəsində bölgəyə terrorçu legionerlər göndərilməsinə başlanıldı. Monte Melkonyan belə dəstələrin birinin rəhbəri kimi bölgəyə gəlmişdi.
ABŞ-da erməni lobbisi açıq çağırışla onlarla erməni və erməni olmayanlardan ibarət könüllüləri «xristianlığın mühafizləri» pərdəsiylə bölgəyə göndərirdi.
Livanda fəal olan ermənilər Vekaa vadisində təlim görmüş bir -neçə terrorçu biləşməni ASALA xəttiylə Qarabağa göndərmişdi. Həmin dövrlərdə Beyrut-İrəvan reyslərinin intensivləşməsi bununla bağlıydı.
Qardaş Türkiyənin milliyyətçi kəsiminin lideri Alparslan Türkeşin ermənilərin taxılla təminatı üçün çalışdığını və görüşlər keçirdiyini yazmışdıq.
Azərbaycan daxilində 1988-ci ildə içimizə sızdırılmış saxta «azərbaycanlılar» və erməni əsillilərdən təşkil olunmuş kolon, xaos yaratmaq istiqamətində hər cür dezinformasiyalar yayaraq və təxribatlar törədərək xalqın orduya olan inamını zədələmişdilər. Yeni yaranmaqda olan ordu daxilinə yetərincə adamlar yeritmişdilər. Bu sahədə SSRİ DTK və Hərbi Əks Kəşfiyyatının xidmətlərindən ermənilər yararlanırdılar.

Ən nəhayət, orduya soxduqları yunçu dəllal Surət Hüseynov, ən vacib bir məqamda, Sırxavənd əməliyyatı hazırlığından sonra öz tabeçiliyində olan diviziyaları təlim bəhanəsiylə geri çəkdi. Aktiv döyüş şəraitində fəaliyyətdə olan hərbi birləşmənin mövqeyi tərk edib, hərbi təlim üçün arxa cəbhəyə çəkilməsi barədə haradasa bir nağıl olsa belə oxumusunuzmu? Belə məqamların hamısında Surət Hüseynov hər dəfə bir bəhanə ilə ermənilərin xeyrinə olaraq aradan çıxıb. Araşdıra bilərsiniz…
Ağdərə əməliyyatında iştirak edən qüvvələrə diqqət yetirək:
Tərtər özünümüdafiə batalyonu — komandir Elman Hüseynov
“Milli Qurtuluş” batalyonu – komandir Azərbaycanın Milli Qəhramanı Şahin Tağıyev
XTPD (OMON) – komandir Rövşən Cavadov
778 saylı xüsusi təyyinatlı batalyon – komandir Viktor Mudrak
Tərtər-Ağdərə (mərkəz) istiqamətdə: 703 saylı briqada, komandir Nəcməddin Sadıqov
123 saylı zərbə-həmlə alayı – komandir mayor Mehman Şirinov
Daxili Qoşunların Gəncə alayı-komandir Milli Qəhrəman Ənvər Arazov
235 saylı batalyon – komandir Rəsul Süleymanov
224 saylı batalyon – komandir Camal Əliyev
Ağdərə rayon Polis şöbəsi — tam heyətlə, rəis Sadir Məmmədov
Bərdə özünümüdafiə batalyonu – komandir Elçin Əliyev
“Azadlıq” Bərdə özünümüdafiə batalyonu – komandir Ələmşah Məmmədov
Mingəçevir-1 (MB-1) batalyonu – komandir Alı Yahyayev
Mingəçevir-2 (MB-2) batalyonu – komandir Şaiq Mustafayev
Göranboy-1 batalyonu – komandir Azərbaycanın Milli Qəhramanı Məhəmməd Həsənov (Talış-Çaylı istiqamətində)
701 saylı briqada – komandir Zadir Rzayev (Kəlbəcər-Ağdərə — Qozlu körpü, sonra Narışlar istiqamətdə)
Göranboy-2 batalyonu – komandir Azərbaycanın Milli Qəhramanı Rasim Əkbərov (Talış-Çaylı istiqamətində)
Xanlar özünü müdafiə batalyonu – komandir Saleh Ilyasov
708 saylı briqada (Ağdam-Ağdərə istiqamətində): – komandir Elxan Orucov
836 saylı Ağdam özünümüdafiə alayı – komandir Azərbaycanın Milli Qəhramanı (ölümündən sonra) Şirin Mirzəyev (Sırxavənd istiqamətində)
Daxili Qoşunlar alayı – komandir Sabir Şabanov
“Qatır Məmməd” adına Ağdam özünümüdafiə batalyonu – komandir Yaqub Rzayev (Cənyataq-Gülyataq istiqamətində)
Ağdam polis batalyonu – komandir Faiq Baxşəliyev
820 saylı Lənkaran alayı – komandir Mikail Hacıyev və s. Unudulmuş birliklər ola bilər.

Həm ölkəyə rəhbərlik edən şəxslərin səriştəsizliyi, həm təhcizatdakı büdrəmələr və həm də daxildəki düşmən kolonlarının, xarici kəşfiyyatların geniş əl-qol açması bir sıra problemlər yaratdı. «Samadelni» səhra komandirləri peyda olaraq, qazanılmış qələbə uğrunda savaşmağa başladılar. Yuxarılarda siyasi rəqabət, orduya hərbi rəqabət kimi sirayət etməkdəydi. Yaranmış bu problemlərə maliyyə və hərbi sursat çatışmazlığı da əlavə olunmaqdaydı. Çünki Azərbaycana çatmalı olan bütün silah-sursat və texnika, bu gün rus ordusunu «Azərbaycandan çıxardıq» iddialı adamların əliylə tarimar edildi.
Sovet zabitləri bütün region dövlətlərinə silah satışıyla məşğul olurdular. Bizim nadanlığımızdan istifadə edərək, bizim olan silahı özümüzə satmağa çalışır, alınmadıqda barbarcasına hərbi tenikaları yararsız hala salırdılar. Bu sifarişi, əsasən ermənilərdən alırdılar. Rusiya MN bazasından bir faktı diqqətinizə çatdırmaq yerinə düşərdi: «Cəbhə və hava hücumundan müdafiə bölmələri Ermənistan SSR ərazisində olmadığından, 1992-ci ilin yayına qədər Rusiya hərbi rəhbərliyi ilə danışıqlardan sonra Ermənistana Azərbaycanda olan 80-ci Əlahiddə Aviasiya alayından bir neçə ədəd Su-25 hücum təyyarəsi verildi. 1993-cü ilin aprelinə qədər Su-25 hücum təyyarələrinin müntəzəm olaraq verilməsi Ermənistan tərəfinə hücum aviasiya eskadronu yaratmağa imkan verdi». Bu güya rus ordusunu ölkədən çıxaranların xidmətləri sayəsində olub. Çünki qorxaq Mütəllibov hakimiyyəti və əsasən KQB şinelindən çıxmış «istixana liderləri» baş verən prosesləri anlamadılar. Ya da onlara anlamaq qadağan edildi. Bircə faktı xatırladaq ki, SSRİ kimi nəhəng bir imperiyanın Cənub cinahı üçün yığılan silahların 60%-i Azərbaycanda yerləşdirilmişdi. Düşünürük ki, dediklərimizi anladınız. Bu barədə geniş araşdırma yazısı planlaşdırmaqdayıq və detalları tezliklə diqqətinizə çatdıracağıq.

Nagüman olan bəziləri üçün sadəcə eyni sənəddən bir punktu diqqətinizə çatdırırıq: «Türkmənistanın Türküstan hərbi dairəsinin bölünməsi zamanı quru qüvvələrindən 36-cı Ordu Korpusu, respublikada yerləşən bütün bölmə və birləşmələr tam komplektləşdirilərək, Türkmənistana təhvil verildi». Amma Türkmənbaşı heç zaman və heç yerdə demədi ki, mən rus ordusunu ölkədən çıxardım. Sadəcə istəyimiz odur ki, xalqımız, xüsusən də gənclik daha ayıq və modern düşücəyə sahib olsunlar. Bilsinlər ki, havayı yem, yalnız tələdə olur…
Azərbaycanın ilkin uğurlu hücumlarından sonra, yenidən formalaşdırıllmış erməni qrupları və rusiyalı muzdlu, həm də həqiqi hərbi xidmət keçən qruplarla birgə əks-hücuma keçmiş və itirdikləri ərazilərin əksəriyyətini geri qaytarmışdır.
Amma unutmayın ki, Azərbaycan əsgəri bu savaşda dəfələrlə mümkünsüz olanı reallaşdırdı. Tarix yazdı.
Hər o dövrü düşünəndə, bir qul ikən ərəblərin sərkərdəsi olmuş Tarık bin Ziyadın Əndəlüsə hücum zamanı dediyi sözlər yada düşür: «Önümüzdə dərya kimi düşmən, arxamızda düşmən kimi dərya»…
Əsgərimizi isə kürəyindən vurdular. O kürək bizə arxayın idi.
Minlərlə döyüşçü Ağdərə uğrunda şəhid oldu. Unutdunuzmu? Kimin öndə olması əsgərin işi deyildi. Əsgər əlindəki avtomat silahla imperiyalara qarşı duruş gətirmişdi. Amma arxadan vurulacağını hesaba almamışdı. Soruşursunuz necə yəni arxadan? Lap elə bu günkü kimi… O günləri yad etmədiyiniz kimi… O şəhidlərin qisasını almadığınız kimi…
Unutmadıq. Unutmayacağıq! Ruhunuz rahat olsun. Hələ ki yüz yaxşını bir pisə qurban verməkdəyik. Amma o gün gələcək. Qisas günündə düşmən üzərinə yeriyərək, iintiqamınızı alacaıq. Söz verdik. O qisası almağı Tanrı bizə qismət eləsin!
Ey, bu torpaqlar üçün torpağa düşmüş əsgər!
Göydən əcdad enərək, öpsə o pak alnı dəyər.
Nə böyüksən ki, qanın qurtarır bu Tövhîdi…
Bədrin arslanları ancaq, bu qədər şanlı idi.
Sənə dar gəlməyəcək maqbəri kimlər qazsın?
«Köməlim gəl səni tarixə» desəm, sığmazsın.
(Mehmet Akif Ərsoy)
Xatırlatma: “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Tərtər rayonunun tərkibinə daxil olan Ağdərə və ətraf kəndlərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü ilə (2018-ci il) əlaqədar iyulun 7-də bəyanat yaymışdı. Amma Ağdərə rayon mərkəzinin yenidən işğalı 7 iyulda deyil, 17 iyulda baş verməsini dəyişik salmışdı.
Fedai.az Araşdırma Qrupu