Kamil Şirinov: «İnanıram ki, başlanmış islahatlar uğurla davam edəcəkdir»

AVMVİB sədrinin I müavini Kamil Şirinov saytımızda bir sıra açıqlamalar verdi. Açıqlamalarda bir sıra maraqlı məqamlara toxunuldu.

Milli Ordunun qurulmasında iştirak etmiş döyüşçü: “Hələ ki namusumuz yad əllərdədir...”

Kamil Şirinov koronavirus pandemiyası dövrü AVMVİB -nin strukturlarına da təsirsiz ötüşməyib. Birlik rəhbərliyi və üzvləri elə ilk gündən Ali Baş Komandanın irəli sürdüyü «Biz birlikdə güclüyük!» çağırışına səs verərək öz fəaliyyətimizi qurmağa çalışmaqdayıq. Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini, eləcə də vətəndaşların və proses iştirakçılarının müraciətlərini nəzərə alaraq, öz fəaliyyətimizi qurduq. Müharibə veteranlarını hər kəsə nümunə olmağa çağırdıq. Həm də bu karantinlərdən maddi cəhətdən zərər çəkmiş və az təminatlı veteranlarımızın problemləri barədə aidiyyatlı orqanlara, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə müraciət etdik. Amma adətləri üzrə bu günədək bu «növcavanlar kompaniyası» cavab verməyiblər. Çünki sosial sahəni bilmirlər və bu təbəqənin ağırlıqlı qollarını tanımırlar. Müharibə veteranına və onun ailə üzvlərinə yazılan standart cavablarda veteranın 80 manat almasını yazırlar. Bu nazirliyin hansısa işçisi ayda yox, saatda 80 manat qazansa, ailəsini dolandıra bilərmi? Sahil Babayevin əməlləri və fəaliyyəti yoxlanmalıdır. Cənab prezidentdən bunu gözləyirik. İslahatlarla ayaqlaşa bilməyən və qarşı çıxan məmurlara qarşı aparılan mübarizəni dəstəkləyirik. Hələ də çoxları mövcud islahatların mahiyyətini anlamırlar. Belələrinə bütün nazirliklərdə və dövlət idarələrində rast gəlmək olar. İnanıram ki, başlanmış islahatlar uğurla davam edəcəkdir.

AVMVİB sədrinin I müavini Kamil Şirinov, AVMVİB İdarə Heyətinin qərarlarının rayon və şəhər şöbələri tərəfindən qeyd-şərtsiz icra olunmasını şərh etməyə ehtiyac belə yoxdur. Son qərarımız hər bir rayon şöbəsi hər ay AVMVİB-yə köçürməli olduqları 10 manat vəsaiti təşkilatın aynası olan Fedai.az, Veteran.az və Veteran tv-nin fəaliyyətinə az da olsa dəstək üçün köçürülməsinə qərar verdik. Lakin çox az şöbə istisna olmaqla, hələ də digər şöbələrdən heç bir hərəkət görmürük. AVMVİB NTK bu məsələyə diqqət ayırmalıdır. Şöbələrin çoxunda hələ də İdarə Heyətləri yaadılmayıb. Bu məsələlərə müdaxilə etmək təkcə NTK-nın işi deyil, hər birimiz bu istiqamətlərdə müəyyən işlər görməyə brcluyuq. Verilmiş qərara tabe olmayan və yaxud icra edə bilməyən şöbələrin necə fəaliyyət göstərməsinin siqnalıdır. Düşünürəm ki, bu qərarı yerinə yetirməyənlər barəsində ciddi ölçü götürülməsi vacibdir.

K. Şirinov, qarşıdan gələn Milli Qurtuluş və Milli Ordu Günü barədə dedi: «Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Həmçinin bu ay Milli Ordumuzun yaranma gününü qeyd edəcəyik. İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hərbi strategiyanın bu gün Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi göz önündədir. Qüdrətli Azərbaycan Ordusu ölkə ərazilərini tezliklə düşməndən azad etməyə başlamalıdır. Bu gün düşmən zəbt etdiyi ərazilərdə keçirdiyi tədbirləri hiddətlə qarşılamaqdansa Xankəndində üç rəngi bayrağımızı dalğalandıracaq hədəfləri ortaya qoymalıyıq.

Bu günlər illər öncə uğurlu Ağdərə əməliyyatının keçirildiyini və tarixi qələbələrimizin anılmamasını qınayıram. Bu Azərbaycan əsgər və zabitlərinin yazdığı bir tarixdir. Kiminsə kimdən xoşu gəlməyə bilər, amma tarix tarix olaraq qalır. Necə deyərlər, «keçmişə daş atanı, gələcək topa tutar». O şanlı tarix səhifəsində adları keçən şəhidlərə rəhmət və sağ qalan veteranlarımıza isə can sağlığı arzulayıram…»

Sonda Kamil Şirinov, hər bir döyüşçünü, əsgər və zabitlərimizi Milli Ordumuzun yaranması günü münasibətiylə təbrik etdi.

Bu xəbəri paylaşın: