ŞƏRƏFLİ ZABİT ÖMRÜ: POLKOVNİK NƏSİR HÜSEYNOV — 60

     Daxili İşlər Nazirliyi Daxili Qoşunlarda öz dəst — xətti  olan, peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə seçilən, şərəfli xidməti yolunu hərbi xidmətdə kecirən Silahlı Qüvvələr və müharibə vetearanı  ehtiyatda olan polkovnik  Hüseynov Nəsir Cavanşir oğlunun  avqust ayının  5-də  60 yaşı tamam olur.

     Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan Silahlı Qüvvələr və Müharibə Veteranı  ehtiyatda  olan Polkovnik Hüseynov Nəsir Cavanşir oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev səmimi qəlbdən təbrik, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Polkovnik Hüseynov Nəsir Cavanşir oğlu Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.

        Qanunvericilik ilə Daxil işlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində , Şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi  ixtşaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

      Hərbi yoldaşları onu, vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı,orta və təhsil mərkəzlərində, istərsə də  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.

Xidməti vəzifələrin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri,  döyüş və ictimai — siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə «əla xidmətlərə»  görə döş nişanları ilə,  fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

       Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə,  ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və ona həvalə olunmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:

— «Vətən uğrunda » medalı ilə;

— «Hərbi Xidmətlərə Görə » medalı ilə;

— «Silahlı Qüvvələr Veteranı » medalı ilə;

— » Hərbi Xidmətdə Fərqlənməyə Görə » —1 dərəcəli medal ilə

-» Hərbi Xidmətdə Fərqlənməyə Görə  » 2 dərəcəli medal ilə;

-» Hərbi Xidmətdə Fərqlənməyə Görə  » dərəcəli medal ilə;

— «Silahlı Qüvvələrin yaranmasının » 10 illiyi ( 1991 — 2001) yubiley  medalı ilə;

-«Silahlı Qüvvələrin yaranmasının»  90 illiyi  ( 1918 — 2008 )  yubiley   medalı ilə;

— » Silahlı Qüvvələrin yaranmasının»  95 illiyi  ( 1918 — 2013 ) yubiley medalı ilə;

— » Silahlı Qüvvələrin yaranmasının»  100 illiyi  ( 1918 — 2018 ) yubiley medalı ilə;

— » Qüsursuz Xidmətə Görə » 3 dərəcəli medal ilə —

— Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə,

-«Qüsursuz Xidmətə Görə 1 -ci  dərəcəli medalı ilə;

— Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;

— «Qüsursuz  Xidmətə Görə » 2 dərəcəli medal ilə

— Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə

      ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

      60 YAŞIN MÜBARƏK OLSUN , NƏSİR BƏY!

     BÜTÜN ARZULARIN ÇİN OLSUN!

     HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: