ŞƏRƏFLİ ZABİT ÖMRÜ: POLKOVNİK-LEYTENANT MƏHƏRRƏM HƏSƏNOV — 65

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavinini polkovnik Salman Musayev  müharibə veteranı ehtiyyatda olan polkovnik-leytenant Həsənov Məhərrəm Mehralı oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır. Məhərrəmin yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl, istəklərinə uyğun, onu xoşbəxt edəcək şəkildə keçsin.

     Müharibə və Silahlı Qüvvələr Veteranı ehtiyyatda olan polkovnik-leytenant Həsənov Məhərrəm Mehralı oğlu 5 avqust 1957- ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.

O,1974 -cı ildə Naxçıvan şəhərində orta məktəbi bitirib, 1975 — 1977 -ci illərdə  SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müdddətli həqqi hərbi xidmətdə olub.

    Məhərrəm Həsənov 1979- cu ildə SSRİ Müdafiə Nazirliyinin  gizirlər məktəbini, 1984 — ci ildə isə SSRI Müdafiyə Nazirliyinin Novosibirski vilayətində yerləşən Ali Siyasi hərbi məktəbi bitirib.

    O, 1981 -1986- ci illərdə SSRİ Müdafiə Nazirliyinin Macarıstan Xalq respublikasında yerləşən hərbi hissəsində, 1987-1991ci ilLərdə SSRİ Müdafiə Nazirliyinin  Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə olub.

    Məhərrəm Həsənov 1992-1994-cü ilərdə, 2001- 2006 -cı illərdə, Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasında yerləşən hərbı hissələrində tabor komandiinin müavini, tabor qərargahnın rəisi, tabor komandiri, təlim-tədris mərkəzinin rəisi,1995-2000-ci illərdə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin Naxçıvan Muxtar respublikasında yerləşən Əlahiddə hərbi hissənin komandiri vəzifəsində xidmət edib.

      Ehtiyyatda olan polkovnik- leytenant Məhərrəm Həsənov peşəkarlığı və humanistliyi ilə seçilən ən məhsuldar dövrünün  32 (otuz iki) ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirib.

      Müharibə  və Silahlı qüvvələr Veteranı ehtiyyatda olan polkovnik leytenant Məhərrəm Həsənov Daxili Qoşunlara və onun tutduğu vəzifələrə həvalə edilmiş vəzifələrin və tapşırıqlarının yerinə   yerinə yetirilməsində, Cinayətkarlığa qarşı mübarizədə,ictimai təhlükəsizliyin təmin edilməsində və qorunmasında, Azərbaycan Respublikasının Suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşib.

      O, Azərbaycan respublikası Konstitusiyasına və Qanunlarına, Hərbi Andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.

     Polkovnik leytenant M. Həsənov   SSRİ  və Azərbaycan  Ordusunda  və Azərbaycan respublikasının  Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illərdə, Xidmətdə fəriqləndiyinə görə O, SSRİ və Azərbaycan Respublikasının Müdafiə Nazirlərinin, Azərbaycan  respublikasının  Daxili İşlər  Nazirinin, Daxili Qoşunlar Komandanın, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin, xidmət etdiyi korpus və hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə bir sira medalları ilə, döş nisanları ilə , fəxrı fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb.

65 YAŞIN MÜBARƏK, MƏHƏRRƏM BƏY!..

HEÇ VAXT DƏRD QƏM GÖRMƏYƏSƏN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

100 YAŞA, ALLAH SƏNİ QORUSUN !

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: