«İRƏVAN TODAY» müxbirinin etirafları: DÜNƏN GECƏ YARISI QARABAĞDAN BİR NEÇƏ YÜZ ƏSGƏR TƏXLİYƏ EDİLDİ

Dünən axşam saatlarında Artsaxın hərbi hissələrində təşviş içində çaxnaşma başlayıb. Komandanlıq növbətçi çağırışçılara həyəcan təbili çalıb, onlar cəld toplanaraq hərbi mövqelərdən hərbi hissəyə eniblər. Onlara artıq erkən tərxis olunduqlarını bildirdilər.

Qoşunların Ermənistana ən qısa zamanda və xəbərsiz daşınması üçün gecə saatlarında tələsik avtobuslar təşkil edilərək hərbi hissələrə yaxınlaşıb.

Gecə yarısından sonra 10-dan çox avtobus eyni vaxtda yola düşdü və əsgərlərdən biri «İrəvan Today»la söhbətində vəziyyəti belə təsvir edirdi: «Bu gecə əslində 2020-ci il 10 noyabr sübhünün səhnəsini təkrar xatırlatdı. Bu gecə Laçın yolu ilə Der Zora gedən çətin və qəddar köç yoluna çevrilibdir».

Qoşunlar gecə İrəvana gətirildi, onları “Fəhlə heykəlinin” yanında düşürdülər, vəziyyət çaxnaşma halına düşdüyünə görə bütün valideynlərə xəbər verə bilmədilər ki, vaxtından əvvəl tərxis olunan uşaqları keçmiş hərbi hissədə qarşılasınlar. «Fəhlə heykəli»nin yanında əsgərlərin əksəriyyəti səssizcə, ünsiyyətsiz və laqeyd səkilərdə məskunlaşıb, səhərin açılmasını İrəvanda qarşılayıblar. Müxbir təcili olaraq əslən Ararat, Kotayk mahalından olan erkən tərxis olunmuş əsgərlərin valideynləri və onların qohumları ilə əlaqə saxlayaraq baş vermiş hadisələrlə onları məlumatlandırıb.

Ailələr övladlarının sağ-salamat qayıtmalarına sevinsələr də, tərxis olunma şərtlərinin pozulduğuna, oğullarının vaxtından əvvəl və zorla evlərinə göndərildiyinə görə sözün əsl mənasında ŞOKDA idillər. Onları əsasən bu suallar maraqlandırırdı: -«Bəs Artsax müdafiəsiz qalacaq?, «Laçını türklərə vermək üşün boşaldırlar? Bəs bizim Müdafiə nazirliyi niyə susur? Bəs övladlarımız işsiz qalacaq? və s.

Əsl vəziyyət isə belədir: Azərbaycan avqustun 1-də xəbərdarlıq etdi və vaxt verdi, lakin Ermənistan ordusu buna əhəmiyyət vermədi və öz mövqelərində qaldı, türklər avqustun 2-də anladılar ki, vəziyyəti gərginləşdirmək lazımdır, yəni güc göstərmək lazımdır və belə də etdilər. Vəziyyətin gərginliyini başa düşən Ermənistan hökuməti avqustun 2-də Azərbaycan tərəfindən verilən “müddət” göstərişini nəzərə alaraq erməni xalqını qorxutdular ki, 27 sentyabr yenidən başlamasın deyə ordunu Qarabağdan təxliyə edirik. Bu bir reallıqdır.

«İRƏVAN TODAY»-ın müxbiri Syuzi Badoyan.

Ermənicədən tərcümə: İSMAYIL TANRIVERDİ

Bu xəbəri paylaşın: