Azərbaycan Ordusu hərbi strateji mövqelərdə yerləşib

İnfoteka24 erməni saytı Şuşa-Laçın yolu üzərində yerləşən Salatınkənd sakinlərinə istinadən Azərbaycanın şanlı Ordusunun lazımi mövqelərdə yerləməsindən əndişələniblər. Yazını olduğu kimi diqqətinizə çatdırırıq.

Sülhməramlılar erməni qüvvələrini Salatınkənd (Yeğtsaox) yaxınlığındakı mövqelərini tərk etməyə razı saldılar və onların yerini azərbaycanlılar tutdular.

Bir gün əvvəl, avqustun 3-də Azərbaycan Silahlı Qüvvələrinin Laçın dəhlizinə girməyə cəhd göstərdiyi Yeğtsaox kəndinin sakinləri mövqelərdə vəziyyətin necə olduğunu bildiriblər.

Yerli sakinlərdən birinin sözlərinə görə, qondarma «müdafiə ordusunun» qüvvələri kənd üzərində hakim olan mövqeləri tutub. Sonradan Rusiya sülhməramlıları onları bu mövqeləri tərk etməyə inandıraraq, əmin etdilər ki, təhlükəsizliyi özləri təmin edəcəklər və onları tapmağa ehtiyac yox idi, lakin sülhməramlılar orada heç vaxt mövqe tutmayıblar. Bu, azərbaycanlıların vaxtilə ermənilər duran postlarda yerləşməsinə şərait yaratdı.

Kəndlilər üç tərəfdən «düşmən qüvvələri» (Azərbaycanı nəzərdə tuturlar-red.) tərəfindən mühasirəyə alınıb. Onlar Azərbaycan qüvvələrinin atəşi altında olduqları üçün öz tarlalarından istifadə edə bilmirlər və keçmiş hadisələr də göstərdiyi kimi, hətta sülhməramlıların mövcudluğu da azərbaycanlı «terrorçuları» çəkindirmir. Xatırladaq ki, erməni traktorçusu yanında sülhməramlı oturan zaman azərbaycanlı snayper tərəfindən öldürülmüşdü.

Yeğtsaox sakinlərinin məlumatlarından belə nəticəyə gəlmək olar ki, vəziyyət Fərruxda olduğu kimidir. Sülhməramlılar erməni qüvvələrini geri çəkilməyə məcbur etdilər, onların yerinə rus qoşunları gəlmədi, azərbaycanlılar gəldi. Fərruxla Daşbaşının (Qarağluxun) taleyi artıq hamıya məlumdur. Ümid etmək qalır ki, Yeğsaox da eyni aqibəti yaşamayacaq və növbəti erməni kəndi təmizlənməyəcək.

Elnur Səlim

Bu xəbəri paylaşın: