İrana, yaxud digər kənar təsirlərə görə Azərbaycanın inanclı kəsimini, xüsusilə çoxluğun mənsub olduğu şiəliyi bütövlükdə hədəf seçmək təhlükəli tendensiyadır: bu, onların özgələşdirilməsi, başqa ölkələrə doğru itələnməsi ilə nəticələnir;
İranın dini siyasətini məhz “şiələr təqib olunur” iddiası üzərindən qurduğunu nəzərə alsaq, ən çox onların əlini gücləndirir;
Ölkədəki inanclı kəsimi hədəf seçməkdənsə, İranın təsirindən çıxmasına çalışmalıyıq.
Bu gün Məşədi Dadaş məscidindəki görüntülər illərdir görmək istədiyimiz mənzərədir: inanclı insanlarımızın əlində dini bayraqlar yox, üzərində İslamın rənginin də olduğu Azərbaycan bayrağı var;
«Məşədi Dadaş» məscidi vaxtilə İranın Bakıda əsas təsir mərkəzlərindən idi.
İndiki mənzərə bu təsiri aradan qaldırmağın, dəyişiklik etməyin mümkünlüyünü, ən azı buna ümidin olduğunu göstərir.
Mənbə: Publika.az