BŞ Senatının Xarici Əlaqələr Komitəsindən sərsəm paylaşım

Azərbaycan Silahlı Qüvvələri «Dağlıq Qarabağı» tərk etməlidir, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin yaydığı tvitində deyilir.

“Azərbaycanın «Dağlıq Qarabağ»da ölümcül hücumları təkcə atəşkəs rejiminin pozulması deyil, həm də onun son təcavüz modelinin qəbuledilməz davamıdır. Azərbaycan qüvvələri regiondan çəkilməli və «Dağlıq Qarabağ» xalqına qarşı hərbi əməliyyatları dayandırmalıdır”, — tvitdə deyilir.

ABŞ Senatına heç kim Azərbaycanın daxili işlərinə qarışmaq şansı verməyib. Öz ölkəsini bir kənara qoyub, İraqda, Əfqanıstanda terrorçu ovuna çıxan bir dövlətin Senatının belə açıqlaması siyasət adına bir ayıbdır. Bu terrorçuların Azərbaycanın 20 faizlik ərazilərində 800-dək yaşayış məntəqəsinin vandalcasına dağıtmasına elə ABŞ Senatının bu cür açıqlamaları rəvac verib. Qaldı ki, bizim inzibati bölgümüzdə artıq «dağlıq Qarabağ» sözü yoxdur. ABŞ Senatının Xarici Əlaqələr Komitəsi bu vicdansız və qərəzli paylaşıma görə Azərbaycanın 30 il məcburi köçkün və qaçqın həyatı yaşamağa məcbur qalmış 1 milyonluq əhalisindən üzür istəməlidir. «Dağlıq Qarabağ» adlı mənfur Rusiya planına dəstək olmalarına isə aydınlıq gətirməlidir.

Bu xəbəri paylaşın: