Şəhidin xatirəsinə tikilmiş Xatirə bulaq kompleksinin aclışı oldu

Şəhid Vəzirov Cəlal Bədirxan iğlu 5.12.1994-cü ildə Beyləqan rayon Qaralılar kəndində anadan olub.


Şəhidin adının əbədiləşdirmək ücün tikilmiş Xatirə bulaq kompleksinin aclışı oldu.


Tədbirdə şəhid ailəlləri, veteranlar, Beyləqan rayon İçra Hakimiyyəti başçısının müavini Telman Məstanov və Şəhid Ailəsi, Qazilərlə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli numayəndəsi Akif Həsənov və kənd sakinləri, cəbhə yoldaşdarı iştirak etdilər.


Ə. Məmmədov və A. Həsənov cıxış edərək AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin aləsinə baş sağlığı verərək AVMVİB-nin Fəxri fərnanını şəhidin atasına təqdim etdilər.

Şəhidimiz ölümünən sonra «Cəsur döyüşcü», «Füzulinin alınmasına görə», «Vətən uğrunda» medallarıyla təltif olunub.


Allah rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: