DTX Əbülfəz Məlikovu həbs etdi

«Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov həbs edilib.


APA-nın əldə etdiyi məlumata görə, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

O, külli miqdarda dövlət büdcəsində milyonlarla manat vergi və gömrük ödəmələrindən yayınmaqda və vəzifə saxtakarlıqlarında ittiham olunur.
Səbail Rayon Məhkəməsində onun barəsində verilən təqdimata baxılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun Ara Abramyanla yaxın qohumluğu barədə dəfələrlə Azərbaycan KİV-ləri yazıb. Faktın heç zaman təkzib olunmaması, onun doğruluğundan xəbər verir. Hətta zamanında AzPolitka.info belə bir sual ünvanlamışdı (31.03.202): «Azərbaycanda gömrükdəki “qara işləri” tapşırmaq üçün qatı Azərbaycan düşmənlərindən birilə yaxın qohumluğu olan şəxsdən savayı kimsə tapılmırdımı? Niyə Azərbaycanın çörəyi məhz belə adamlara yedirdilməli idi? Kim zəmanət verə bilər ki, vaxtilə gömrükdən toplanan milyonlardan, hətta yüz milyonlardan Azərbaycan düşməni olan bu erməniyə də “qayın payı”, “dayı payı” göndərilməyib?«

Bu xəbəri paylaşın: