“Əslində, Ermənistanda suveren dövlət yoxdur”.
“Hraparak”a istinadla xəbər veririk ki, bu sözləri “Respubllikaçılar” Partiyasının sözçüsü, Ermənistan Milli Məclisinin sabiq deputatı Eduard Şarmazanov “Facebook” səhifəsində yazıb. O, əlavə edib:
“Ermənistanda nələr baş verir, artıq hər şey göz qabağındadır. Üçüncü Ermənistan Respublikası faktiki olaraq mövcudluğunu dayandırıb. Üçüncü Cümhuriyyətin süqutu prosesi 2018-ci ilin aprel-may aylarında başladı. Sonun başlanğıcı isə 2020-ci ilin noyabrında başladı və 2021-ci ilin iyun seçkilərində bitdi.
Əslində, Ermənistanda suveren dövlət yoxdur. Formal olaraq kağız üzərində mövcuddur, reallıqda isə yox.
Eləcə də Paşinyan “hökuməti” mənə 1940-1945-ci illərdə Fransanın cənubundakı Vişi rejimin xatırladır.
Vişi rejimi ilə Paşinyan rejimi arasında isə yalnız bir fərq var: Vişi rejimi müstəsna olaraq nasist Almaniyasına, Nikolun rejimi isə hamıya – səhərlər Qərbə, günortalar Rusiyaya, gecələr Türkiyəyə tabedir”.
Mənbə: Qafqaz.media