Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov və AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyya Rəhimovun rəhbərliyi ilə müharibə veteranları Laçın rayonu Fərəcan kəndindən olan şəhid Kərəm Eyyub oğlu Zeynalovun məzarını ziyarət ediblər.
Şəhid Kərəm Zeynalov bələdçi-kəşfiyyatçı kimi döyüşlərə qatılıb. 7 avqust 1992-ci ildə şəhid olub.
Anım tədbirində şəhidin qızı və yaxınları iştirak ediblər. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin adından şəhidin qızına Xatirə medalı təqdim edilib.
Şəhid Kərəm Zeynalovun məzarı üzərinə güllər qoyulub və ruhuna dualar oxunub.
Şöbə sədrləri T. Mansurov, T. Eminov çıxış edərək şəhidlərimizin heç zaman unudulmaması yolunda çalışdıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Nurlan Məmmədli