AVMVİB Yardımlı rayon şöbəsi toplantı keçirib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin avqustun 6-da Çayüzü kəndində toplantısı keçirilib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev məlumat verib.


Eyni gündə 44 günlük Vətən müharibəsi şəhidi Tural Aslanovun Qarabağ müharibəsi veteranı olan atası xəstə olduğu üçün veteranlar tərəfindən ziyarət edildi.

Daha sonra, 1-ci Qarabağ müharibəsi şəhidi N.Cəbiyev və 2-ci Qarabağ müharibəsi şəhidi T. Aslanovun məzarları ziyarət edilib.
Yasin oxundu.


Keçirilən toplantıda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsi tərəfindən gorülmüş işlər müzakirə edildi və gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparıldı.

Toplantını sonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri Mayılxan Əliyev tərəfindən bütün üzvlərə geyim hədiyyə olundu.


Turkay

Bu xəbəri paylaşın: