Biləsuvarda şəhidlərimizin xatirəsinə həsr olunmuş turnir keçirilib

Biləsuvar rayonunda Vətən Müharibəsi şəhidi İqbal Astanlının xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə II Respublika turnirivə Babək Mahmudlunun xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə I Respublika turniri keçirilib.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinin sədri Qurban Qurbanov məlumat verib.


Rayon veteranları turniri izləyib və 2 gün davam edən turnir rayon ictimaiyyəti maraqla qarşılayıb.


Respublikanın müxtəlif guşələrindən olan idmançılar turnirdə iştirak edoiblər. Turnirin sonunda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Biləsuvar rayon şöbəsinə «Müqəddəs savaş» kitabı təqdim olunub.


Allah şəhidlərimizə rəhmət eləsin!

Elçin Qədirov

Bu xəbəri paylaşın: