Müharibə veteranı general-polkovnik Mədət Quliyevə minnətdarlıq edib

Müharibə veteranı Sadiq Qədirli Müdafiə Sənayesi naziri, general-polkovnik Mədət Quliyevə minnətdarlıq edib.

Təşəkkür məktubunun mətnində deyilir:

Çox hörmətli Cənab general-polkovnik Mədət Quliyev!


Sizə ünvanladığım məktuba dərhal cavab verdiyinizə görə, köməklik etdiyinizə görə sonsuz dərəcədə minnətdaram!


Nə yaxşı ki, varsınız, siz bütün məmurlar üçün çox doğru-dürüst seçilmiş örnəksiniz.

Məni unudulmağa qoymadınız! Müzəffər Ali Baş Komandan müharibə veteranlarının haqlı tələblərinin yerinə yetirilməsini məmurlardan hər dəfə təkidlə tələb edir. Siz Milli Qəhrəman, general –polkovnik sadə vətəndaşlara, qazilərə, veteranlara etdiyiniz köməkliyə, yardıma görə, həmişə xalq tərəfindən seviləcəksiniz, qəlblərdə əbədi yaşayacaqsınız! Sizdən xahiş etmişdim ki, açıq ürək əməliyyatı nəticəsində yaranan əngəllərlə bağlı məni ştatda olan, məvaciblə, oturaq işlə təmin etməkdə kömək edəsiniz.


Sizin köməkliyiniz nəticəsində maaşımda da dəyişiklik olundu. Bu mənə və ailəmə çox önəmlidir.


Mən Sizə xilaskar deyərdim, çünki, insan özündən çox inandığı, güvəndiyi, ümid etdiyi insana xilaskar deyir. Cəmiyyətdə də belədir, vətəndaşlar ölkə rəhbərinə və rəhbərin təyin etdiyi məmurlara, səlahiyyətli vəzifəlilərə inanır. Vətən torpağı üzərində möhkəm dayananlar da, xalqını qorumağı bacaranlardır, onlar xalqının xilaskarlarıdır.

Sizə şəxsən təmsil etdiyim Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) adından təşəkkür edirəm. Vətənimin müdafiəsində zərrə qədər əməyimin olmasına hər zaman çalışmışam. Kaş məmurların çoxu sizin kimi xalqına canı yanan, ürəyində mərhəmət olan saf, təmiz, dürüst insan olaydılar. Vətənin igid oğlu, sizə can sağlığı, uzun, mənalı ömür, ruzi-bərəkət arzu edirəm. Sizin kimi xalqını sevən insanlar daima ucalacaq, seviləcək, ürəklərdə yaşayacaqdır.


Hörmətlə: Müharibə veteranı Sadiq Qədirli

Bu xəbəri paylaşın: