Rusiya ilə ticarət razılaşması Türkiyənin valyuta ehtiyatlarını qoruyacaq

Əldə edilən razılaşmaya uyğun olaraq Türkiyə Rusiya xarici ticarətdə rubl və lirədən istifadə edəcək.

Türkiyə mediası xəbər verir ki, yerli valyutalarla ticarətin genişlənməsi Türkiyənin valyuta ehtiyatlarının qorunmasına dəstək verəcək.

İki ölkə arasında ilk növbədə təbii qaz ödənişlərində rublun istifadə edilməsi, ardınca lirənin dövriyyəyə buraxılması, dollar əvəzinə yerli valyutanın istifadə edilməsi nəzərdə tutulur.

Rusiya tərəfinin qiymətləndirmələrinə görə, təbii qazın tədarükü üçün rublla qismən ödəniş edildikdən sonra milli valyutalar mərhələli şəkildə köçürüləcək və lira/rubl mübadiləsi ilə ticarət gündəmə gələcək. Milli valyutalarla əməliyyatların tədricən genişləndirilməsi planlaşdırılır.

Qeyd edək ki, iki ölkə arasında xarici ticarət dövriyyəsinin həcmi 2021-ci ildə 33 milyard dollar olub və bir il ərzində 57 faiz artıb. Ticarətin 70 faizi Rusiyanın Türkiyəyə ixracından, qalanı Rusiyanın idxalından ibarətdir.

Mənbə: Sfera.az

Bu xəbəri paylaşın: