Bəylər, bu Vətənə necə qıydınız?

Ermənilər əvvəl Sovet, sonra Rusiya hərbi qüvvələrinin köməyindən istifadə edərək və bir çox döyüşlərdə birgə fəaliyyətlə Dağlıq Qarabağdakı fitnəkar əməllərini genişləndirdilər. Azərbaycanlılar sıxışdırılır və qovularaq ərazidən çıxarılırdı. 1991-ci ilin sentyabrında ermənilər tərəfindən qeyri-qanuni qurumun – «Dağlıq Qarabağ Respublikasının» yaradıldığı elan edildi.

Azərbaycanın daxilində bəzi qüvvələrin məqsədli fəaliyyəti nəticəsində yaradılmış xaos fonunda Vətənin müdafiəsi siyasi dəllalların əlində şüara çevrilmişdi. Azərbaycanın həqiqi vətənpərvərləri və əsil qəhrəmanları — çoban çomağını, kəndli orağını, fəhlə dəzgahını, tələbə dərsini atıb bu yurdun müdafiəsinə qalxmışdı. Amma dələduzlar da öz işlərindəydilər. Kimi ruslarla əlbir olub silah satır, kimi ermənilərlə əlbir olub torpaq satır, kimi də könüllü döyüşçülərin arxaya əmanət etdiyi əmlakları oğurlayıb satırdılar. Biriləri rusa, biriləri də farsa nökərçilik edirdilər. Bizlər bu məşəqqətlər içində Vətənin müdafiəsinə qalxmışdıq. Sıravi və əsgərlikdə olmayan müdafiə nazirimiz, baş serjant rütbəli müdafiə naziri müavinimiz vardı. Bizlər isə kommunist Nazim Hikmətin «Bəylər, bu Vətənə necə qıydınız?» şeiriylə təskinlik tapırdıq.

İnsan olan vətənini satarmı?
Suyun içib çörəyini yediniz
Dünyada vətəndən əziz şey varmı?
Bəylər, bu Vətənə necə qıydınız?

Onu didik- didik didiklədilər,
Saçlarından tutup sürüklədilər
Götürüb kâfirə: «Buyur…» dedilər,
Bəylər, bu Vətənə necə qıydınız?

Əli-qolu zincirlərə vurulmuş,
Vətən çırılçıplaq yerə sərilmiş
Oturmuş köksünə Teksaslı çavuş,
Bəylər, bu Vətənə necə qıydınız?

Günü gələr, çarx düzünə çevrilir,
Günü gələr, hesabınız görülür
Günü gələr sualınız sorulur:
Bəylər, bu Vətənə necə qıydınız?

Biz heç dəyişmədik. Amma dəyişməyən bircə nüans var. Bu Vətəni onun «gülünü dərənlər» deyil, kasıbların, bu yurdla aralarında 1 qəpiklik maddi bağı olmayan kasıbların balaları qroudu…

Bir də o vaxtların bir atmacasını da sizlərə təqdim edirik:

Bu xəbəri paylaşın: