İrəvanda partlayışda ölənlərin sayı artdı, yaralılar var

İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış nəticəsində dağıntılar altında qalan daha bir nəfərin meyiti çıxarılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat yayıb.

Meyiti tapılan şəxsin qadın olduğu bildirilir. Beləliklə, ölənlərin sayı 3 nəfərə çatıb. Hadisə nəticəsində 61 nəfər isə xəsarət alıb.

Xilasetmə və axtarış işləri ləng gedir, çünki dağıntılar altında sağ qalanların ola biləcəyi ehtimal edilir ki, bu da ağır texnikanın istifadəsinə imkan vermir. Bu barədə İrəvan merinin mətbuat katibi Levon Sərdaryan öz Facebook səhifəsində məlumat verib.

“Söküntü əllə təmizlənir. Dağıntılar altında qalan bütün insanların səsini eşitmək üçün müəyyən fasilələrlə bir dəqiqəlik sükut elan edilir. Eyni zamanda, dərinlikdə alov sönməyib və zəhərli tüstü partlayışın episentrinə yaxınlaşmağa imkan vermir»-deyə o yazıb.

Bu xəbəri paylaşın: