Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında öz dəsti-xətti olan, peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti və səmmimmiyyəti ilə seçilən şərəfli xidmət yolunu, Daxili İşlər Orqanlarında və Daxili Qoşunlarda keçirən Silahlı Qüvvələr və Müharibə veteranı istefada olan Polkovnik Məhəmməd Mirzəyevin avqust ayının 15-də 76 yaş tamam olur.
Azərbaycan Vətən müharibəsi Vetiranlari İctimai Birliyi Rəhbərliyi Müharibə və Silahlı Qüvvələr Veteranı polkovnik Mirzəyev Məhəmməd Abdulhüseyin oğlunu doğum günü munasbetilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can ağlığı və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayir.
Məhəmməd Mirzəyevin yaşının üstə gələn bu yaş ona, sevinc dolu illər bəxş, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbext edəcək şəkildə keçsin.
O, 1968 ci ildə Daxili İşlər Nazirliyinin Ali hərbi məktəbini Əla (Qırmızı diplomla) bitirdiyinə görə öz secimi ilə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Tiflis diviziyasının Baki şəhərində yerləşən Əlahiddə konvoy hərbi hisəsində və Mühhafizə alayında 1978- ci ilə kimi, Maddi texniki təminat xidmətləri üzrə müxtəlif rəhbər vəzifələrdə işləyib.
«Azərbaycan bayragı » ordenli istefada olan polkovnik Mirzəyev Məhəmməd Abdulhüseyin oğlu 15 avqust 1946-ci ildə anadan olub.
O, 1962-ci ildə orta məktəbi, 1968-ci ildə Daxili İşlər Nazirliyinin Xarkov şəhərində yerləşən Arxa cəbhə üzrə Ali hərbi məktəbi, 1978 — ci ildə isə Sankt- Peterburq (Leninqrad) şəhərində arxa cəbhə və avtonəqliyyat üzrə Hərbi Akademiyanı bitrib.
M.Mirzzəyev 1978 -1990- cı ilərdə SSRİ Daxili İslər Nazirliyinin Daxili Qoşunlarının Daşkent şəhərində yerləşən hərbi hissəsində hərbi hissə komandirinin arxa cəbhə ximələri üzrə miavini, SSRİ DİN- in Daşkənt şəhərində yerləşən Ali kurslarda baş müəllim, 1991-ci ildə Daxili İşlər Nazirliyinin Binəqədi rayonunda yerləşən Mərkəzləşdirilmiş anbarların rəisi, 1992-ci ildə Daxili Qoşunların Baş İdarəsinin maddi texniki təminat idarəsində Geyim xidmət rəisi,1993-2004- cü illərdə Daxili Qoşunlar Komandanın Maddi texniki təminat xidmətləri üzrə müavini vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
«Azərbaycan Bayrağı «ordenli polkovnik Məhəmməd Mirzəyev mənalı həyatının 41(qirıx bir)ilini Daxili İşlər Nazirliyinin Ali Hərbi Məktəbində, Hərbi Akademiyasında, Ali Kurslarında və Daxili işlər nazirliyinin Mərkəzi Anbarında və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində xidmət edərək şərəfli yol keçmiş, Vətənə və xalqa sədaqətlə xidmət etmiş, O, rəhbər vəzifələrdə işləyərkən səmərəli fəaliyyəti ilə, təşkılatçılıq bacarığı ilə,nəzəri və praktiki biliyi ilə, təcürbəsi ilə, işgüzarlıq və mənəvi keyfiyyəti ilə Daxili İşlər Nazirliyinin rəhbərliyinin və Daxili Qosunlar komandanın daimi diqqət mərkəzində olmuşdur.
Müharibə və Silahlı qüvvələr veteranı ehtiyyatda olan polkovnik Məhəmməd Mirzəyev 1994 -cü ildən 2004 — cü ilə kimi hərbi xidmətə qəbul ilə,hərbi qulluqçular tərəfindən tutulmalı olan vəzifələrin komplekləşdirilməsi, hərbi kadırların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi, hər bir hərbi quluqcunun işgüzar və mənəvi keyfiyyətlərinə obyektiv qiymət verilməsi, xidmətdə irəli cəkilməsi və təhsil almaga göndərilməsi və ilk zabit rütbəsinin verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsində Mandant və Attestasiya komissiyalarının üzüvü olmuşdur.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin maddi texniki təminat idarəsinin müasir tələblərə uyğun əsasnaməsinin, maddi texniki təminat idarəsinə aid hüquq normativ aktlarının, əmrlərin, direktivlərin, bütün növ təminat normalarının, formalaşdırılmış sənədlərin , maddi texniki təminat xidmət sahəsində xidmət edən hərbi qulluqçularının ixtisas haztlıgı üzrə tədris proqramların, dərs və metodiki vəsaitlərin hazırlanmasında, maddi texniki təminat xidmətləri üzrə peşəkar zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların, kicik mütəxəssislərin hazırlanmasında, eləcədə onlarla lazımı metodiki təlim toplanışlarının kecirilməsində Daxili Qoşunlar Komandanın müavini- Maddi texniki təminat idarəsinin rəisi ehtiyatda olan polkovnik Məhəmməd Mirzəyevin böyük rolu olmuşdur.
Cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsinde, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, Daxili Qoşunların Bas İdarəsinin hərbi hissələrinin dislokasiya yerlərinin dəyişməsində, hərbi qulluqçuların daimi dislokasiya və səhra şəhərində yerləşdirilməsi ,qidalanması və bütün təminat növləri üzrə lazımı tədbirlərin həyata keçirilməsi istiqamətində üzərinə düsən məsul vəzifələri hər zaman layıqınca yerinə yetirmiş, xidmət etdiyi illərdə bir çox maddi texniki təminat xidmətləri üzrə peşəkar və təcrübəli zabitlərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların yetişməsində xüsusi əməyi olub
Müharibə və Silahll Quvvələr Vetiranı ehtiyatda olan polkovnik Məhəmməd Mirzəyev Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir. O,Daxili Qoşunlar Komandanın müavini- maddi texniki təminat idarəsinin rəisi vəzifəsində xidmət edərkən, təftiş və yekun yoxlama komissiyanın , kompleks və məqsədli qurupların rəhbəri, hərbi hissə komandirlərinin, onlarin maddi texniki təminat xidmetleri üzrə müavinilərinin xidmət yerlərının dəyişməsi (silahlı qüvvələrdən ehtiyata buraxılması) ilə əlaqədar yaradılan komissiyanın sədri olduğu müddətdə, üzərinə düşən xidməti tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
O, 1997- ci ilin aprel ayında Daxili İşlər Nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Türkiyə Cümhuriyyətinin Daxili İşlər Orqanlarının və Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin xidməti və digər fəaliyyətləri ilə yaxından tanış olmaq məqsədilə Ankara, İstanbul, İzmir və Foce şəhərlərində işguzar səfərdə olmuşdur.
O,Türkiyə Cümhuriyyətində səfərdə olduğu müddətdə, Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Komandanı, Daxili İşlər Nazirliyinin Akademiya rəisi, Türkiyə cümhuriyyətinin Jandarma qüvvələrinin Ankarada İstanbulda, İzmirdə və Foce şəhərində yerləşən Məktəb rəslərinin və bölgə Komandirlərinin müfaviq əmrləri qiymətli hədiyyələrlə mukaflandırlıb.
Məhəmməd Mirzəyev Daxili İşlər Orqanlarında və Daxili Qosunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, hərbi andın, hərbi nizanamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə, verilən tapşırıq və sərancamları dəqiq və vaxtında yerinə yetirməkdə tabeliyindəkilər üçün nümunə olmuşdur.
İstefada olan polkovnik Məhəmməd Mirzəyev SSRİ və Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında, təhsil aldıgı ali hərbi təhsil müəssisələrində, xidmət etdiyi Diviziya və hərbi hissələrdə xüsusi fəriqləndiyinə görə SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komdanlarının, təhsil aldığı ali hərbi məktəb və hərbi akademiya rəislərinin, xidmət etdiyi diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mukaflandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, mütəşəkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstənin zərərsizləşdirilməsində xüsusi fəriqləndiyinə görə aşağdakı orden və medallarla təltif olunub :
-«Azərbaycan Bayrağı » ordeni ilə.
— “Silahlı Qüvvələr Veteranı” medalı ilə.
— “ SSRİ Silahlı Qüvvələrinin Yaranmasının 60 İlliyi” medalı ilə.
— “ SSRİ Silahlı Qüvvələrinin Yaranmasının 70 İlliyi” medalı ilə.
— “ Azərbaycan Silahlı Qüvvələrinin Yaranmasının 10 İlliyi” medalı ilə.
— “ Qüsursuz Xidmətə Görə I dərəcəli” medalı ilə.
— “ Qüsursuz Xidmətə Görə II dərəcəli” medalı ilə.
— “ Qüsursuz Xidmətə Görə III dərəcəli” medalı ilə.
HÖRMƏTLİ MƏHƏMMƏD MÜƏLLİM, BU YENİ YAŞINDA XOŞBƏXTLİKLƏRİN ƏN GÖZƏLİNİ YAŞAYASAN, BÜTÜN GÖZƏL ARZULARINA CATASAN!
AD GÜNÜN MÜBARƏK OLSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sədrinin müavini polkovnik Salman Musayev