AVMVİB Masallı rayon şöbəsi təltif edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsinin fəxri üzvü olan Salayev Vüsal Adna oğluna AVMVİB-nin təsis etdiyi Xatirə medalı və üzvlük vəsiqəsi təqdim olundu.


Tədbirdə şəhid atası İbadov Cabir Xanoğlan oğlu, Vətən Müharibəsi Veteranı Cəfərov Kənan Əmiş oğlu, Əkbərov Elçin Səftər oğlu, Cəfərov Əmiş Səftər oğlu iştirak etdilər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi sədrinin təşkilati məsələlər üzrə müavini Samir Əkbərov Vüsal Salayevi təbrik edərək, onun 44 günlük Vətən müharibəsində ordumuza göstərdiyi yardımlar, şəhid ailələri və müharibə veteranları ilə bağlı gördüyü işlərdən söz açdı.

Təbrik edirik!

Enur Səlim

Bu xəbəri paylaşın: