Bizim Latın əlifbamız…

  • İLHAMİ CƏFƏRSOY

Verilən proqnozlara görə 2050-ci ilə qədər dünyanın böyük dövlətləri Yaponiya, Çin, Rusiya latın əlifbasına keçəcəkdir.

Çünki o əlifba ilə bütün səsləri ifadə etmək mümkündür. O əlifbanı ki, latınlar yox, bizim əcdadlarımız olan Aran müdrikləri yaratmışdır.

Aran alpları er.əv. XV əsrdə Urmiya gölü ətraflndan hərəkət edərək Finikiyanı tutdular. 22 hərfdən ibarət dünyanın ilk fonetik əlifbasını yaratdılar. XlX əsrin sonlarına qədər nəşr olunan kitablarda həmin əlifba Aran əlifbası adlanır.

Ancaq Avropa və rus dilçiləri 23-cü ildən başlayaraq o əlifbanı yaradıldığı yerin adı ilə Finikiya əlifbası adlandırdılar. Məqsəd o idi ki, bizim əcdadlarımız olan Aran müdriklərinin adı ensiklopediyalara daxil edilməsin. Yevreylər Aran əlifbasını olduğu kimi qəbul etdilər. Yunanlar 3 hərf artıraraq onu yunan əlifbasına çevirdilər. Etrusklar Aran əlifbasını Asiyadan Avropaya apardılar. Latınlar İtaliyanı tutandan sonra Aran əlifbasını azca dəyişərək mənimsədilər.

Biz bunlardan xəbərsiz olduğumuza görə özümüzün Aran əlifbamızı latın əlifbası adlandırırıq. Mən bu istiqamətdə tədqiqatlarımı AMEA-nın elmi yurnallarında çap etdirmişəm. Ancaq akademik qaragüruhun müqaviməti ilə qarşılaşaraq ictimailəşdirə bilməmişəm.

İnanmaq istırdim ki, ölkə başçımızın sərəncamından sonra ciddi islahatlar olacaq. Alimlərimizin yaradıcılıq yolları kötüklərdən təmizlənəcəkdir. Şəkildə Aran əlifbasının ən qədim er.əv. XV əsrdə yaradılan variantını görürsünüz.

Bax: İlhami Cəfərsoy. Yunan və latın əlifbalarının mənşəyi. Bakı, 2019, 2020.

Bu xəbəri paylaşın: