Paşinyan Rusiyadan kömək almaq üçün Moskvaya TƏCİLİ adam göndərdi

«İndiki halda Ermənistan müdafiə naziri Suren Papikyanın nümayəndə heyəti ilə birlikdə Rusiyaya səfər etməsi onu proqnozlaşdırır ki, Qarabağda gedən proseslər və son dövrlər Azərbaycanın orada keçirdiyi əmliyyatlarlarla bağlı müzakirələr aparmaq niyyətindədir».

Bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib.

O bildirib ki, Papikyan Moskvadan Ermənistanı yeni Rusiya silahları ilə təmin etməsi barədə razılığa gəlmək istəyir:

«Bəlkə də Papikyan Rusiyanın Azərbaycanın irəliləməsinin qarşısının alınmasına, yaxud da ki, Azərbaycanın qeyri-qanuni erməni silahlı birləşmələrinin çıxarılması istiqamətində atdığı addımların qarşısının alınması haqqında Rusiyadan müəyyən kömək almaq ümidiylə gedib. 

Amma bir məsələni də qeyd etməliyəm ki, Qarabağda indi baş verən hadisələr bu günün hadisələri deyil və bu gün razılaşdırılan hadisələr deyil. Üçtərəfli bəyanatı xatırlasaq, iki il bundan qabaq imzalanan sənəd və bu gün Qarabağda baş verən hadisələr — qanunsuz erməni silahlı birləşmələrinin Qarabğdan çıxarılması istiqamətində atılan addımlar, Laçın dəhlizinə alternativ yeni yolun açılması və s. nə bu günün işidir, nə də bu gün müzakirə olunmağa başlayıb. Bu məsələlər 2 il bundan qabaq müzakirtə olunub və qarşıya qoyulub, bu gün də yerinə yetirilir. 

Bu sadalanan məsələnin indi yerinə yetirilməsi istiqamətində görülən tədbirlərin əsas səbəbi odur ki, Ermənistan tərəfi bunun həyata keçməsinin qarşısını alırdı, süni maneələr yaradırdı, danışıqlardan boyun qaçırırdı və buna görə də həmin məsələlər bu qədər ləngiyib. Azərbaycan isə axır zamanlarda, xüsusilə son müddətdə gördü ki, ermənilər bunu öz xoşu ilə yerinə yetirmək istəmirlər. Təbii ki, belə olan halda erməniləri məcburetmə yolu ilə götürdükləri öhdəliyi yerinə yetirməyə nail oldular və bundan sonra da olacaqlar. 

Ermənistanın Papikyan vasitəsilə Azərbaycanın bu istiqamətdə atdığı addımlarının qarşısının alınması məqsədilə Rusiyadan xahiş-minnət etməsinə qalınca, düşünmürəm ki, Rusiya Ermənistanın (müdafiə nazirinin) bu xahişlərinə nə əməl etmək iqtidarındadır, nə də niyyətindədir. 

Real vəziyyətə qaldıqda isə Ermənistan üçün Qarabağ məsələsi bağlanıb. Bu səbəbdən də Ermənistan hakimiyyəti Qarabağa görə Rusiyadan nəsə xahiş etmək fikrində deyil. Ermənistan Rusiyadan nəsə xahiş edəcəksə, bu, indiki zamanda Ermənistanın sərhədləri daxilində olan bir dövlətlə bağlı olacaq. Çünki Qarabağdakı proseslərə Azərbaycan tərəfi lazımı razılaşmalar əldə edib və bunlar həyata keçirilməlidir. Ermənistanın və onun müdafiə nazirinin bu gün gedən qatarın dalınca baxmaqdan başqa yolu qalmayıb.

Papikyan Moskvada ancaq Ermənistanla Rusiyaya aid məsələləri müzakirə edə bilər. Ermənistanın burada yeni Rusiya silahları ilə təmin olunması məsələsi müzakirə oluna bilər. Düşünmürəm ki, Ermənistan bu gün Qarabağda gedən proseslərə görə xahiş etsin və Rusiya Azərbaycanın oradakı fəaliyyətinə əngəl olmaq üçün addım atsın və yaxud bununla bağlı Ermənistana hansısa bir söz versin».

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya səfərdədir. Suren Papikyanın Rusiya müdafiə naziri Sergey Şoyqu və digər yüksək səviyyəli rəsmilərlə görüşü planlaşdırılır.

Təhməz Əsədov
Milli.Az

Bu xəbəri paylaşın: