Vətənpərvər soydaşımız N saylı hərbi hissəyə ehtiyac duyulan əşalar göndərib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsinin fəxri üzvü olan Vüsal Adna oğlu Salayev Füzuli bölgəsində yerləşən N saylı hərbi hissəyə ehtiyac duyulan əşalar göndərib.


AVMVİB Masallı rayon şöbəsi sədrinin təşkilati məsələlər üzrə müavini Samir Əkbərov bildirdi ki, Vüsal Salayev, həm 44 günlük Vətən müharibəsi günlərində, həm də sonra öz xeyriyyəçi əməllərini və vətənpərvər addımlarını davam etdirib. O daim ordumuzla maraqlanır, qazi və şəhid ailələrinə öz qayğısını əsirgəməyən bir dəyərli soydaşımızdır.


Buradan çoxminlik veteranlar ordusu adından Vüsal Salayevə öz minnətdarlığımızı bildiririk.

Onun bu əməli Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çağrışlarına bir vətənpərvərin əməli işlə verdiyi cavabdır.


Elnur Səlim

Bu xəbəri paylaşın: