Müharibə veteranı çıxılmaz duruma görə müraciət edib

52 yaşlı, Qarabağ müharibəsi veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nazim Cəfərov böyrəyini sosial şəbəkədə satışa çıxarması barədə məlumat vermişdik.

Kimsədən nəsə gözləməyin. Bu ölkənin imkanlıları qaziyə, şəhid ailəsinə təmənnasız yardım etməsini bu ölkənin ilk döyüşçü jurnalisti kimi həyatımın 30 ili ərzində görməmişəm. Dünən təqaüdümü alan kimi döyüşçü qardaşımız Nazim Cəfərovun kartına 10 manat köçürdüm. Faktiki olaraq Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) bu gün 87 mindən artıq üzvü var. Bu döyüşçülərin 82 min nəfəri imkansı olduğunu deyə bilərəm. Amma içimizdə 5 min nəfər təqüdçümüz var. Bilirəm çətindir, amma döyüşçü qardaşımıza da bu gün çətindir. 5 min nəfər 10 manatdan yardım edə bilsək o bu ehtiyac məngənəsindən qurtula bilər.

Allah döyüşçüləri qorusun! Biz bir-birimizin qədrini bilməliyik. Savaş günündə kənarda qalan kimsələrdən yardım gözləməyin. «Bu gün hamı bir nəfər üçün» deyib bir döyüşçümüzün yanında olduğumuzu bildirək. Mən artıq ödənişimi etdim. Növbə kimindir?..

X. Ədəboğlu

AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: