Serbiya Rusiya bazasından imtina etdi

Serbiya öz ərazisində Rusiya hərbi bazasının yerləşdirilməsindən imtina edib.

Bu barədə “Kommersant” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Belqrad bunun əvəzinə NATO ilə əməkdaşlıq etməyi seçib.

Bildirilib ki, indi ölkə rəhbərliyi Buyanovaç yaxınlığındakı Cənub hərbi bazasında NATO ilə əməkdaşlığı gücləndirməyə çalışır.

Qeyd edək ki, bundan öncə Serbiya Prezidendi Aleksandr Vuçiç ölkə ərazisində hər hansı ölkənin bazasına ehtiyac olmadığını söyləmişdi.

Mənbə: Axar.az

Bu xəbəri paylaşın: